Türkiyədə mayın 14-də keçirilən seçkiləri izləmək üçün İstanbuldayıq.

Bunu iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O, vurğulayıb ki, bu seçki qardaş dövlətin tarixində ən vacib seçimlərdən hesab olunur.

“ Bu baxımdan da 14 May Türkiyənin taleyini müəyyənləşdirən gün kimi təqdim edilir.

Seçki günü yaxınlaşdıqca rəqabətin daha da artması müşahidə olunur. İnanırıq ki, bu seçimlərdə qazanan qardaş Türkiyə xalqı olacaq”, - deyə Vüqar Bayramov qeyd edib.

Xatırladaq ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək.

Qeyd edək ki, seçkiyə iki gün qalmış Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.

 Muharrem İncə namizədliyini geri götürsə də, seçicilərdən parlament seçkilərində partiyasına səs verməsini istəyib. Və beləliklə, Türkiyə prezidentliyinə namizədlərin sayı üç olub.

Prezidentliyə namizədliyi təsdiqlənənlər  - Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğludur.

İnanırıq ki, bu seçkidə Türkiyə xalqı ən doğru seçimini edəcək!

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN