23:21:23...Azərbaycan və Türkiyə mediasında Türkiyədə iki gün sonra keçiriləcək prezident seçkilərində seçkiöncəsi təbliğat platformasında

təqdim etdiyi qondarma "İpək yolu" yol xəritəsində Azərbaycanı "unudan" Kılıçdaroğlunu sərt tənqid edən yazılar, rəylər... təqdim olunmaqdadır... Külli türk dünyası da bilir ki, CHP-dən prezidentliyə namizəd Kılıçdaroğlunun Azərbaycana münasibəti necədir... Ermənistana və İrana belə rəğbəti üstün yer tutan bu siyasətçinin platforması-siyasi niyyəti hər kəsə bəlli olduğu bir məqamda isə AzTV-nin efirindən YAP təmsilçisi və təbliğatçısı kimi düşməyən deputat Hikmət Babaoğlunun mövqeyini indi gəlin birlikdə başa düşməyə çalışaq... Prezident İlham Əliyevin sədri olduğu YAP-dan Deputat olan Hikmət Babaoğlu Prezident İlham Əliyevin "Əziz qardaşım" dediyi və daim "Can Azərbaycan" söyləyən Ərdoğanı Türkiyənin düşməni kimi təqdim edən Kılıçdaroğlunun sağ əli ilə görüşüb şəkil çəkdirərək özünün FB platformasında ona "qardaşım" deyirsə, di gəlin bu deputatın siyasi niyyətini daha dərindən və olduğu kimi başa düşməyə çalışaq...

XXX

Beləliklə, Türkiyənin gündəmi mayın 14-də keçiriləcək seçkilərə köklənib... Seçki günü yaxınlaşdıqca tərəflər sərt mübarizəyə keçirlər. "Cümhur ittifaqı" və "millət ittifaqı" arasında mübarizə ən kəskin mərhələdədir,- desək yanılmarıq.... Azərbaycanda da bu seçkilərə maraq çox yüksəkdir. Son vaxtlar, Azərbaycanda da, xüsusən, siyasilər hazırkı prezident Rəcəb Tayyib Ərdoğana və AKP-yə açıq dəstək bildirirlər. Bu da təsadüfi deyildir... Çünki Prezident İlham Əliyev ilə Ərdoğanin siyasəti Azərbaycan və Türkiyəni ən yaxın müttəfiqlərə çevirib. Bunu dünya ittifaqı da görür, Azərbaycana münasibətdə lazımi nəticə də çıxarır... Başqa yandan CHP sədri və "millət ittifaqınin" namizədi Kemal Kılıçdaroğlunun Azərbaycana qarşı isti olmayan münasibəti Azərbaycanda Ərdoğanı dəstəkləyənlərin siyasi fəallağına təbii səbəblərdən biridir... Amma bunun əksinə vəziyyətə də rast gəlirik. Belə ki, YAP deputatı və YAP İdarə heyətinin üzvü olan deputatş yəni millətin vəkili Hikmət Babaoğlu öz feysbuk səhifəsində CHP-nin İstanbul təşkilatının başqan müavini ilə sıcaq foto paylaşaraq dostluqdan və hətta qohumluqdan, qardaşlıqdan dəm vurur...
 Maraqlıdır, bir müddət öncə partiyanın üzvləri ilə birgə Türkiyəyə səfər edərək AKP-yə yüksək dəstək göstərən bu YAP nümayəndəsi və az qala hər gün AzTV efirindən siyasi ekspert kimi düşməyən deputat bu gün nə üçün CHP-li vəzifəli şəxslə yaxınlıq nümayişi gostərir? Qulağına nəsə pıçıltı deyən olubmu? Sual yaranır: Hikmət Babaoğlu YAP fuksioneri kimi kimin tərəfindədir? Azərbaycanın dostu Ərdoğanın AKP-sinin, yoxsa Azərbaycana az qala düşmən münasibəti bəsləyən Kılıçdaroğlunun CHPsinin? Görəsən bu mövqe partiyanın rəsmi mövqeyidir, yoxsa deputatın öz təşəbbüsüdür? Məgər deputat bilmir ki, YAP-ın müttəfiqi olan AKP ilə CHP arasındakı münasibətlər çox gərgindir?!
 Hər bir halda, suallar çoxdur. "Təzadlar" bu suallara Hikmət Babaoğlundan cavab da gözləyir. Təəssüf ki, az əvbəl etdiyimiz telefon zənginə cavab vermədi... Bütün hallarda YAP-dan Deputatın mövqeyi anlaşılmazdır.
SƏBUHİ
P.S. Bu yazını hazırlayıb saytda yayımladığımız vaxt YAP deputatı artıq "səhvini başa düşərək" postunu silmişdir... Amma fakt fakt olaraq qalır...
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN