İyunun 28-də saat 01:30-dan etibarən Azərbaycan silahlı qüvvələrinin bölmələri Xocavənd və Ağdərə istiqamətində artilleriya və PUA-lərdan istifadə etməklə erməni  mövqelərinə zərbələr endirib. Bu barədə separatçıların hərbi qurumu məlumat verib. Həmin mənbəyə görə, 4 erməni hərbçisi öldürülüb.

Azərbaycan Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Bundan əvvəl Azərbaycan hərbi nazirliyi iyunun 27-də axşam saatlarında Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması barədə məlumat yayıb. Atışma nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN