"Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar".

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib. Sitat: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - deyə İlham Əliyev bildirib.

Bəli, 1828-ci ildə İran və Türkiyədən Qarabağa köçürülən erməni tör-töküntüləri, nəhayət, anlamalıdırlar ki, Qarabağ Azərbaycandır və gəmidə oturub nəinki gəmiçi ilə dava eləmək yolverilməzdir, həm də Azərbaycanın bayrağı və qapazı altında yaşaya bilərlər. Yox, Qarabağ darlıq edirsə və onları bu dilbər guşədə qaşınma tutursa, buyursunlar, Fransada, Rusiyada o qədər geniş ərazilər var ki...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN