Avqustin 1-də “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov polis tərəfindən saxlanılıb.

Hadisə mopedlərlə qida daşıyan kuryerlər polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq keçirdiyi tədbirdən sonra baş verib.  "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli Turana bildirib ki, Məmmədov Əhmədli metrosunun yaxınlığında saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilib və orada dindirilib. Məmmədli bildirib ki, polis mopedlərinin mühərriklərinin həcminin 50 kubsantimetrə qədər olduğunu əsas gətirərək, kuryerlərdən A kateqoriyalı sürücülük vəsiqəsi tələb edir.  Bu, 2022-ci ilin dekabrn 16-da qanunvericviliyə yeni dəyişiklik qüvvəyə mindikdən sonra baş verib, o zaman Milli Məclis "Yol hərəkəti" haqqında Qanuna dəyişiklik edib.  İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası (HİK) və Kuryer Birliyi Həmkarlar İttifaqının yeni qüvvəyə minmiş qanunla bağlı bəyanatında deyilir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır. Lakin motosikllərın satıldığı yerlər bununla bağlı müvafiq sənədi təqdim etmirlər, çünki motosiklet təchizatçıları onları ehtiyat hissələrinin idxalı kimi sənədləşdirir.  Motosiklləri gətirən şirkətlərin vergidən yayınması səbəbindən kuryer fəaliyyəti ilə məşğul olanlar əziyyət çəkir. “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən təsis edilib. O, ümumi “İşçi Masası” platformasında birləşən bir sıra sahə həmkarlar ittifaqlarından ibarətdir. Bu konfederasiya özünü iqtidaryönlü, işçilərin hüquqlarını qorumayan, rəsmi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına alternativ kimi təqdim edir. İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir. Məmmədovun saxlanmasına dair məlumatla bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, “araşdırma aparılır”.

Eyni zamanda Daxili İşlər Nazirliyindən bildirilib ki, moped sürənlərin sürücülük vəsiqəsi ilə təmin olunmasında köməklik göstəriləcək. Əvvəllər Məmmədov aksiyalarda iştirak etdiyinə görə dəfələrlə saxlanılıb və inzibati qaydada həbs edilib.

***

Tezadlar.az bir daha xatırladır ki, bu konfederasiya özünü iqtidaryönlü, işçilərin hüquqlarını qorumayan, rəsmi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, yəni Səttar Mehbalıyevə alternativ kimi təqdim edir. 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN