Xəbər verildiyi ki, Əfqanıstanda dövlət çevrilişi baş verib. Talibanlar ölkənin bütün əyalətlərini, o cümlədən paytaxt Kabulu ələ keçirib müvəqqəti hökümət qurublar, ölkə prezidenti isə ölkədən qaçıb. Ölkədə çox gərgin bir siyasi vəziyyət yaranıb.
Azərbaycan Müdafiə Nazirliyi elan edib ki, hazırda Əfqanıstanda sülhməramlı missiya həyata keçirən 120 hərbçisinin həyatına təhlükə yoxdur.
Qurum bazar ertəsi günü bildirib ki, bölgədə vəziyyət gərgin olsa da Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri hava limanının sektorunda gərginlik yoxdur.
"Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Rəsmi Bakı Azərbaycanın sülhməramlı əsgərlərinin Türkiyə qüvvələri tərkibində Əfqanıstanda missiyalarını davam etdirdiklərini bildirib.
"Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir", - Azərbaycan Müdafiə Nazirliyinin bəyan edib.
Bazar günü bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Taliban Əfqanıstanın paytaxtı Kabili ələ keçirib və qalibiyyətini elan edib.
"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, - Azərbaycan MN-in bəyanatında deyilir.
Qurum "Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyətin yaxından izlənildiyini" də bildirib.
Əfqanıstanda və Kabildəkı vəziyyətin diqqətlə izlənildiyini Türkiyə mənbələri də qeyd edib.
Bazar ertəsi günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla söhbəti zamanı Əfqanıstanda Türkiyə və azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
Son dövrlərdə Türkiyə Əfqanıstanda NATO qüvvələri tərkibində təxminən 600 nəfərlik hərbi kontingetlə iştirak edib və bu heyətin əsas vəzifəsi Kabil beynəlxalq aeroportunun təhlükəsizliyini təmin etmək olub.
Amma bütün bunlara baxmayaraq, son gündə Əfqanıstanda vəziyyət ciddi surətdə dəyişib. Xəbər verilir ki,Kabilin hava limanınını Azərbaycanı sülhməramlı qüvvələri ilə mühafizə edən Türkiyə hərbçiləri hava limanının mühafizə etməkdən imtina ediblər. Belə olan halda, Azərbaycan sülhməramlı qüvvələrinin xidmətlərini davam etdirməsi çox risklidir. Bu barədə Türkiyəli siyasətçi, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin də vurğulayıb.
Hikmət Çətin deyib ki, bu ayın sonuna qədər türkiyəli və azərbaycanlı hərbiçilərin Əfqanıstan İslam Respublikasında fəaliyyət hüququ var: “Hazırda Türkiyə daxil bütün xarici qüvvələr iki beynəlxalq qərara əsasən Əfqanıstandadırlar. 11 sentyabr 2001-ci ildə ABŞ-da iki qülləli binada törədilən terror aktından sonra BMT-nin Təhlükəsizlik Şurası və NATO Əfqanıstanda təhlükəsizliyin təmininə qərar verdi. ABŞ və NATO bu ayın sonuna qədər Əfqanıstandan çəkiləcək. Ona görə də ay sonundan sonra əgər “Taliban” Türkiyə hərbiçilərinin Əfqanıstanda qalmasını istəməsə, hər iki ölkə üçün təhlükə riski var”.
Şakir QURBANOV