...İşğalçı Ermənistanla 2020-ci ilin sentyabrında başlayan müharibəmizdən öz xeyrinə istifadə edərək

30 illik Azərbaycan həsrətini ildırım sürəti ilə və  ərazimizə gəlməyi ilə kompensasiya edən Rusiyanın hərbi kontingentini hamı sülh məramlı hesab edirdi. Ermənistanın təslimçilik aktına imza atması ilə Rusiya bu arzusunu reallaşdırdı. Və sanki güdükdə durmuşdular və Rusiyaya məxsus hərbi yük təyyarələri Ermənistana, hərbi texnikalar isə Qarabağa gətirildi. Artıq bir müddətdir ki, ATƏT-in Minsk Qrupunun yolu ilə gedən Rusiya sülhməramlılarının qanunsuz əməllərindən Azərbaycanın Prezidenti səviyyəsində belə etirazlar var. Ermənistanın sosial şəbəkə istifadəçilərinin paylaşdığı foto və videokadrlardan da görünür ki, sülhməramlılar bölgəyə tamamilə fərqli niyyətlə gəliblər. 

Aşağıda təqdim etdiyimiz fotodakı Rusiya sülhməramlılarının zabitinin əlində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağıdır. Bu zabit su daşıyan "məzlum" erməni uşağı ilə şəkil çəkdirib dünyaya paylaşım edir ki, guya o, humanitar missiya həyata keçirir. Amma qanunsuz əməlinin fərqində deyil.

İnanırıq ki, Azərbaycan XİN bu məsələ ilə bağlı rəsmi Moskvanı bir daha xəbərdar edəcək ki, bu hərəkətlər artıq çərçivədən çıxır... Və təəssüflər olsun, Türkiyədən olan sülhməramlı kontingentin isə fəaliyyətindən hələki xəbərsizlik var...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN