News.am saytının verdiyi xəbərə görə Rusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçuları 2020-ci ilin noyabrından bu günə qədər 58 000-dən çox avtomobilin və 210 min nəfərə yaxın insanın Laçın dəhlizi vasitəsilə  Qarabağa keçməsini təmin ediblər. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib:

"Müşahidə postunun şəxsi heyəti atəşkəs rejiminə əməl olunmasına nəzarəti həyata keçirir, nəqliyyat vasitələrinin Laçın dəhlizi ilə hərəkətinin təhlükəsizliyini təmin edir.. Bir gündə postdan 200-ə yaxın avtomobil keçir", - deyə Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davıdov bildirib.

"Blokpost" fortifikasiya qurğuları ilə təchiz edilmiş müşahidə postlarında Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları planlı şəkildə döyüş hazırlığı üzrə məşğələlər, həmçinin pozuntuların qarşısının alınması və mümkün hücumların qarşısının alınması üzrə məşqlər keçirirlər.

Son günlər Rusiya sülhməramlılarının razılaşmada göstərilən müddəalardan kənara çıxmaları, səlahiyyətlərini aşmaları, erməni silahlılarının Qarabağda yerləşməsinə vasitəçilik etmələri barədə məlumatlar geniş yer alıb vu bu da Azərbaycan vətəndaşları arasında ciddi narahatlıqlara səbəb olur.

Biz bu cür “sülməramlı” hərbçilərin Azərbaycan ərazisində süni bir erməni dövləti yaratması əleyhinə çıxış edir və baş verən bu cür faktları qətiyyətlə pisləyirik. Bütün vətəndaşlarımızn gəldiyi ümumi bir fikir ondan ibarətdir ki, Laçın dəhlizi dərhal bağlanmalıdır! “Sülhməramlıların” fəaliyyətləri isə araşdırılmalı və aşkar olunan pozuntalar əsasında onlara qarşı Azərbaycan ərazisini tərk etmələri kimi tələb irəli sürülməlidir.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN