Dünəndən aclndan batıb- qırıldığı deyilən ermənilərə Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolunda ünvanını gözləyir...

Ermənistanın bəzi sosial şəbəkə istifadəçiləri bu yardımın qəbul edilməsinin tərəfdarı kimi çıxış edirlər. Onlar Qarabağdakı sadə ermənilərin bu ərzağa ehtiyacı olduğunu yazırlar. Amma nə fayda ki, 30 ildir Qarabağda at oynadan bir dəstə separatçı buna imkan vermir.

Tezadlar.az xatırladır ki, içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb. Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı ötən gün qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib. Bu, bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir.

XXX 

Bəli, çevrə daraldıqca separatçılar tələyə düşmüş tülkü kimi çabalayır, xilas olmağa çalışır. Lakin Azərbaycanın iradəsi qarşısında bunlar mümkünsüzdür. Ya Azərbaycanın bayrağı altında yaşamalıdırlar, ya da rədd olub getməlidirlər...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN