Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: ''Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyimiz görüşün dünya tərəfindən yüksək qiymətləndirildiyinə inanıram''.

Prezident Rəcəb Tayyib  Ərdoğan Prezident İqamətgahında keçirilən  Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə çox əhatəli və məhsuldar görüş keçirdiklərini ifadə edib.

''Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyimiz görüşün dünya tərəfindən yüksək qiymətləndirildiyinə inanıram'',- deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

İraq və Suriyadakı proseslərə də toxunan Türkiyə Prezidenti deyib:"Həm bölgədəki aktyorlar, həm də regiondan kənar aktyorlar tarixi həqiqətləri qəbul etməlidirlər. İraq və Suriyanın daxil olduğu coğrafiyanın 1000 və 1500 illik demoqrafik reallıqlarını nəzərə almayanlar bölgədə uğur qazana bilməzlər''.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN