Bu gün erməni separatçılarının hazırkı dəstəbaşçısı  Samvel Şahramanyan Azərbaycanın antiterror tədbirlərini həyata keçirərək Qarabağdakı erməni birləşmələrini tərksilah etdiyi bir şəraitdə

gələcək fəaliyyətlərini razılaşdırmaq üçün Xankəndidəki separatçı rejimin bütün digər siyasi oyunçularını başına  toplayıb.

Erməni KİV-ləri xəbər verir ki, Şahramanyan ilk növbədə ən iri beynəlxalq oyunçuların Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərinə gözlənilmədən neytral reaksiya verməsindən şikayətlənib və guya bunun milli qanunvericilik və beynəlxalq hüquq çərçivəsində  Bakıya real təzyiqlərin olmaması səbəbindən “qeyri-adekvat”  adlandırıb.

Separatçı lider, həmçinin Xankəndidəki radikalların bundan sonra da “əhalinin fiziki təhlükəsizliyinin təmin edilməsi” ilə məşğul olacağını bildirib.

Bütün dünyanın gördüyü kimi, Azərbaycan antiterror tədbirlərini mülki infrastruktur obyektlərində və ya mülki əhalinin toplaşdığı yerlərdə həyata keçirmir, mülki şəxsləri, evləri nişana almayıb və yalnız öz ərazilərini terrorçu- separatçılardan təmizləyir ki, elə sadə ermənilər də rahat yaşasın. Ona görə də Şahramanyanın bəyanatı açıq şəkildə yaraqlıların-separatçıların özlərinin təhlükəsizliyinə aiddir. Onlar yalnız öz başlarını qorumaq barədə düşünürlər.

Azərbaycan rəhbərliyinin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan Silahlı Qüvvələri silahı yerə qoyana qədər antiterror tədbirləri davam etdiriləcək. Deməli, Şahramanyan və digər separatçılar çox sadə yolla –  silahı yerə qoyaraq  öz təhlükəsizliyini təmin edə bilərlər.

Separatçılara silahı yerə qoymağı isə Azərbaycan rəhbərliyi dəfələrlə təklif edib. Ümumiyyətlə, ermənilər Azərbaycan torpaqlarında sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirlərsə Azərbaycan Konstitutsiyasına, Azərbaycan qanunlarına riayət etməlidirlər, əks halda arxayın olduqları havadarlarının da onlara köməyi dəyməyəcək, çünki Qarabağ Azərbaycandır!  Və bunu Paşinyan öz imzası ilə təsdiq edib - həm də külli Ermənistan ilə birgə!

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN