...Erməni vandalizmi artıq dünyanın diqqətindədir. İşğalçının 30 il ərzində Qarabağda törətdiyi vəhşilikləri öz gözləri ilə görənlər təəssüratlarını bölüşürlər. Xarici qonaqların bu vəhşiliklərdən dəhşətə gəlməsinin bir mühüm səbəbi var ki, onlar indiyədək erməni yalanlarına inandırılmışdılar. İndi isə hər şey ortadadır!
***
...Bu günlərdə Ağdamda səfərdə olan tanınmış hüquq müdafiəçisi, hüquqşünas Şəmsəddin Əliyev də gördüklərindən sarsıntı keçirdiyini deyir. O, Ağdam təəssüratlarını bizimlə də bölüşdü:
-Salam Ağdam! 16.08.21 ci il saat 8:00 da Bakının "Su İdman oyunları" stadionun yanından üç komfot avtobuslarla Ağdamın ziyarətinə yola düşdük. Bir gün öncə qeyd etdiyim kimi, QHT rəhbərləri-vətəndaş cəmiyyətinin xadimlərindən ibarət kollektivi Agentliyin Müşahidə Şurasının sədri,illət vəkili hörmətli Azay Quliyev müşaiyət edirdi.
Ağdamla bağlı məlumatlarımız az deyildi. Amma 44 günlük zəfərlə bitən müharibədən sonra işğaldan azad olmuş Ağdamın "solğun çöhrəsini" yaxından görməmişdik. Mən, tarixdən heç vaxt silinməyən Kərbəla "müsibətini" 3 il bundan öncə ziyarət etmişəm. İmam Hüseynin və 72 nəfərin şəhadəti ilə bitən müsibətlər barədə məlumatım da var. Ağdamı gördüyümüz kimi təsəvvür etmək isə çox çətin olsa da, gördük...  5 saatdan sonra Ağdam ərazisinə yaxınlaşdıq. Yeni salınan, geniş zolaqlı yolda gedən iş bizi riqqətə gətirdi. İri tonnajlı maşınlar, digər müxtəlif texnikalar mənə orta məktəbdə oxuduğum S.Vurğunun "Muğan" poemasının qəhrəmanlarını xatırlatdı. "...Sement verin, beton tökün.
Qayaları sökün, sökün..."
 Ətrafda hərarət yüksək olsa da, işin ritmik ahənginə mane olmurdu. Bu sahədə mütəxəssis olmasam da, belə qənaətə gəldim ki, işin ağır mərhələsi yekunlaşmaq üzrədir. Qısa zaman ərzində 0- dan başlayıb adamı heyrətə və riqqətə gətirən böyük bir tapşırıq və öhdəliyin icrası göz qabağında idi. Gördüklərimiz İlham Əliyevin daxili siyasətinin əyani sübutu idi. Allah qorusun!
Deyilənlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin, kollektivinin var gücü ilə icra olunur, verilən vədlərə çevik yanaşılır. Bu mənzərəni seyr etdikcə qürurlanırdıq... Yeni çəkilən geniş yolun sağ və sol tərəflərinə baxanda isə vandallıq, viran edilmiş və xarabalıqlara çevrilmiş bir məkanı görürdüm. Bura Ağdam idi.
30 il bundan öncə gördüyümüz şəhərdən əsər-əlamət qalmamışdı. Sadəcə adı var-Ağdam! Doğrusu, ziyarətində olduğumuz Ağdamı belə üryan görəndə qızəb, hirs adamı boğurdu. Düşmənə hədsiz nifrətin üstünə, nifrət qalanırdı. Belələrilə qonşu olmaq çox çətin olacaq!? Ağdamın bu günə düşməsində və gördüyümüz mənzərədə olmasında Ağır Cinayətlər məhkəməsində ittiham olunan erməni terrorçularının 7-20 il azadlıqdan məhrum olma cəzasına məhkum edilməsi adamı üzür. Ərazilərimizə və vətəndaşlarımıza qarşı xüsusi amansızlıqla davrananlara yüngül cəza vermədikmi? Onlar cəzasını çəkib qurtarandan sonra öz xarabalarına qayıdacaq və yenə bizdən qisas almaq yanğısı ilə yaşayacaqlar...
Ağdam bu dünyanın yezidləri-erməni faşistləri tərəfinfən qətliama məruz qalmış və "şəhadətə" qovuşmuşdu. İndi, yeni bir Ağdam ərsəyə gəlir!.. Biz kişilərin də, suçu var. "Səni qoruya bilmədik, Ağdam! Bizi əff et, əziz Ağdam! İndi sən də azadsan!
Övladlarının əhatəsindəsən..."
Yollarda təhlükəsiz hərəkət etmək tam təmin edilib. Ərazilər isə minalanıb. İşarələr ehtiyatlı olmaq üçün aydındır. Ağdamın istifadəyə yararlı torpağı çox olsa da, onun sinəsinə dərin izlər-şırımlar çəkilib, tikanlı məftillər, iki-üç metrlik beton, dəmir dirəklər Ağdam torpağını param-parça edib. Baxdıqca kövrəlməmək, erməniləri və onun havadarlarını lənətləməmək mümkün deyil...
Sonra İbrahimxəlilxanın qalasını, qonaqların qəbul edildiyi "divanxana", Ağdamın keçmiş stadionu barədə geniş məlumatı Prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bizə çatdırır. 
Növbəti ziyarətgah Şahbulaq qalası oldu. Qalanı seyr etdikdən sonra aşağıdakı bulağın dup-duru və yüngül-sərin suyu ata-baba qaydasında ovcumuza alıb içdik. Tanrıya şükr!
Emin Hüseynovun QHT rəhbərlərinə verdiyi sonuncu şərhi Prezident tərəfindən Ağdamın təməlini qoyduğu geniş meydandan başladı. Döğrusu hər şey zərgər incəliyi ilə hesablanıb və işlər başlanğıc mərhələsindən artıq start götürüb. Hörmətli Emin Hüseynov yeni Ağdam şəhərinin infrastrukturu ilə bağlı qürurlandırıcı bir məlumat verdi: "Bildiyiniz kimi, Portuqaliyanın paytaxtı Lissabon küçələri eninə görə (50-60 m.) dünyada birinci yerdədir. Yeni salınacaq Ağdam şəhərinin də iki küçəsi 50-60 m. olacaq. Beləliklə, Azərbaycanın Ağdamı bu baxımdan ikinci şəhər olacaq...".
Emin Hüseynovun açıqlamaları ölçülü-biçimli, səhih informasiya olaraq diqqət çəkirdi. "Nə inşa olunursa dünya standartlarına uyğun, dünya tarixində iz qoyan memarlıq üslubuna tam yaxın bir modern modeldə olacaq. Məs: Yeni Ağdamın "arkalı" simvolunun müəllifi İtaliyan memarıdır" -dedi...
Sonda bir yerdə xatirə şəkli çəkdirib ayrıldıq... Bir-birimiz Allah amanında! Emin Hüseynov üzərinə düşən şərəfli vəzifəsinin icrasına, biz isə yolumuza davam edirik.
Beləcə, Ağdamla vidalaşıb ayrıldıq...
Salamat qal, gələn görüşlərədək, əziz Ağdam! Sevinirik ki, Sən də azadsan!
Tanrı millətimizi, Ali Baş Komandanımızı, dopdoğma türk qardsşlarımızı və bizə dayaq olan diğər müsəlman qardaşlarımızı hifz etsin!
*** 
Beləliklə, dəyərli Şəmsəddin Əliyevin Ağdamdan hazırladığı reportaj-təəssüratları bir daha erməni vandalizminin nədən ibarət olduğunu sübut edir.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN