...Şuşalılar Şuşada, Cıdır Düzündə! 30 illik işğal tarixini yazmış mənfur Ermənistana-onun başında durmuş başsız rəhbərlərə bu yəqin ki, ölüm cəzası kimidir! Baxsınlar və tarixi səhv-qələtlərini bir də təkrar etməsinlər!

Beləliklə, bu dəfə 50 Şuşa sakini şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək imkanı qazanıblar. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları salamlayaraq qeyd edib ki, bu gün şəhərin tarixində önəmli gün kimi qalacaq. M.Abbasov bildirib ki, erməni vandallarının şəhərə vurduqları ziyanı hər bir küçədə, evdə görmək mümkündür. Buna baxmayaraq, şəhərin Baş planına uyğun olaraq, şəhərdə bərpa və yenidən qurma işləri tam gücü ilə davam edir, küçələr və parklar yenilənir, şəhərin həyat əhəmiyyətli infrastrukturu dəyişdirilir, tarixi abidələr bərpa olunur, yararsız vəziyyətə düşən ərazilər yenidən qurulur. Bu baxımdan Şuşanın tarixi libasının qorunması şərti ilə müasir şəhərə çevrilməsi prosesinə başlanıb.  Şuşalılar Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

Bəli, Şuşa kimi, Qarabağın 30 il ərzində Ermənistanın işğalında qalmış şəhər və kəndləri azaddır! Və bərpa edilir, qurulur, yaradılır! Bu, Ermənistanın mənfur siyasi rəhbərlərinə ən ağır cəzadır! Düşmənə verdiyin cəzan mübarək, Azərbaycan Ordusu!

A.Məmmədli  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN