Qarabağda yaşayacaq ermənilərin bəxti gətirməkdədir: onlar separatçı cinayətkarlardan azad olunmaqdadırlar...
Və Tezadlar.az xəbər verir ki, Sarqis Qalstyan Azərbaycan prezidentinin administrasiyası tərəfindən Xankəndinin komendantı təyin edilib, Ermənistan KİV-i bu barədə xəbər yaymaqdadır. Belə ki, Qalstyan bundan əvvəl qondarma separatçı rejimin “Təhsil Nazirliyi”nin aparat rəhbərinin müavini olub. Vaxtilə o, həm də işğal dövründə Şuşa rayonunda idarə məmuru olub.
Ermənistanın sosial şəbəkə istifadəçiləri onu satqın adlandırsalar da, Qalstyan buna reaksiya verməməyi üstün tutub. Onun işğal dövründə əsir və ya girov düşmüş Azərbaycanlılara qarşı hər hansı cinayət əməli törətməsinə dair sübut yoxdur...
A.Məmmədli