Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb.

Tezadlar.az xəbər verir ki, məlumatda Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgədə müvafiq işlərin davam etdirildiyi vurğulanıb. Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlər Qarabağ iqtisadi rayonunda yaşamaq və Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan Respublikası vətəndaşlığını əldə etməklə Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini çatdırıblar. Bundan başqa, Dövlət Miqrasiya Xidməti tərəfindən bölgədə səyyar qəbul zamanı sakinlərlə hüquqi maarifləndirmə işləri aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.

 Həmçinin reinteqrasiya ilə bağlı müraciətlərin qəbulu, icrası və maarifləndirmə işinin aparılması reintegration.gov.az (Çağrı Mərkəzi, WhatsApp, Çat və elektron poçt da daxil olmaqla) portalı vasitəsilə həyata keçirilir. Bu günədək portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub və hər biri müvafiq qaydada cavablandırılıb.

Həmçinin bölgəyə ezam olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə və maarifləndirmə işi aparıb, ehtiyacları müəyyənləşdirib, həmçinin əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər veriblər.

Qeyd edək ki, oktyabrın 2-də yeddi erməni sakin Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN