Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində həbsdə olan

qarabağlı separatçıların liderlərinə baş çəkiblər. Bu barədə Turan-a Komitənin Bakı ofisinin nümayəndəsi İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, həbs edilənlərlə təkbətək görüşlər keçirilib və ailələrilə ünsiyyətə imkan yaradılıb.

Xatırladaq ki, sentyabrın 19-20-də Qarabağda antiterror əməliyyatından sonra Qarabağın keçmiş "prezidentləri"  Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, keçmiş "xarici işlər naziri" David Babayan, "parlamentin spikeri" David İşxanyan, Qarabağ ordusunun keçmiş komandanı Leva Mnatsakanyan və onun müavini David Manukyan, həmçinin keçmiş "dövlət naziri" Ruben Vardanyan həbs edilərək Bakıya gətiriliblər. Həmin şəxlər dövlət əleyhinə cinayətlərdə ittiham olunurlar. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin bir çox maddələrilə cinayət işləri başlanılıb.

XXX 

...İndi onların başı aşağıdır... Hamısı fikir çəkir. Görəsən, yuxularında 30 il ərzində Qarabağda törətdikləri viranəliyi, köməksiz insanlara verdikləri işgəncələri... düşünüb nəticə çıxarırlarmı? Bir azdan onlar məhkəmə qarşısına çıxarılacaq, işgəncə verdikləri insanlarla üzləşəcəklər. Danışmağa üzləri olacaqmı? Yəni, erməni olmaq başqasının torpağını işğal etmək, insanları qeyri- insani üsullarla məhv etmək deməkdirmi??? 
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN