Hökmdən sitat: ««Kapital Tikinti» MMC-nin rəhbəri İsmayılov Afət Davud oğlunu həbs edəcəyi hədəsi ilə ondan 300 min manat tələb etmiş, sonra 200 min manata razılaşıb həmin rüşvəti qəbul edərək...”

Azərbaycan Respublikası adından HÖKM

Bakı şəhəri, İş № 1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ

(Əvvəli tezadlar.az saytının 23 oktyabr 2023-cü il tarixli buraxılışında)

...Bundan başqa, Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar “Nur-AB” MMC-nin hesablaşma hesabı vasitəsilə kibercinayətlər törətməsi faktları üzrə Abbasov Elçin Bəyverdi oğlu və qeyrilərinin barəsində ləğv olunmuş MTN-nin İstintaq baş idarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu tərəfindən 08 iyun 2009-cu il tarixdə qəbul edilmiş qərarla CM-nin 271.2.1 və 271.2.3-cü maddələri ilə başlanılmış 667 №-li cinayət işi üzrə ibtidai istintaqın aparılmasının 16 oktyabr 2009-cu il tarixdə həmin şöbənin müstəntiqinə həvalə edilməsindən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmişdir. O, bununla da  hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla həmin cinayət işi üzrə 03 noyabr 2009-cu il tarixdə şahid qismində dindirilmiş təmir-tikinti fəaliyyəti ilə məşğul olan «Kapital Tikinti» MMC-nin rəhbəri İsmayılov Afət Davud oğlunun külli miqdarda əmlakını hədə-qorxu tətbiq etməklə ələ keçirmək məqsədilə özünün göstərişi əsasında Afət İsmayılovu MTN-nin Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən inzibati binasında mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvünün xidməti otağında mütəşəkkil dəstənin həmin üzvünün vasitəsilə heç bir əsaslı səbəb olmadan həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərlə onun rəhbəri olduğu cəmiyyətin arasında əlaqələrin müəyyən edildiyini bildirmişdir. Sonra  buna görə onu da cinayət məsuliyyətinə cəlb etməklə həbs edəcəyi, müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları KİV-də yaymaqla rüsvay edəcəklərini bildirib hədə-qorxu gəlməklə əvvəlcə 300.000 manat, razılaşa bilmədikdə isə mütəşəkkil dəstənin üzvləri arasında müzakirə aparmaqla 200.000 manat məbləğində nağd puldan ibarət külli miqdarda əmlakını hədə-qorxu tətbiq etməklə tələb etmişdir.

 

mtn-bina34243Ardınca hədə-qorxunu real qəbul edən və həbs olunmasından ehtiyatlanan Afət İsmayılovun iradəsinə zidd olaraq razılaşmasından sonra 2009-cu ilin noyabr ayının ikinci yarısında Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Afət İsmayılovdan tələb olunan 200.000 manat məbləğində pulu sonuncudan mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvünün vasitəsilə qəbul edib ələ keçirmişdir. Və bununla da əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri ilə arasında bölməklə, qulluq mövqeyinə görə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Afət İsmayılovun külli miqdar təşkil edən 300.000 manat əmlakını mütəşəkkil dəstə tərkibində hədə-qorxu ilə tələb edib 200.000 manatını ələ keçirmişdir. O, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Afət İsmayılovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

  Bundan başqa, M.Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 27 mart 2010-cu il tarixdə rəhbərlik etdiyi idarənin əməkdaşı tərəfindən qəbul edilən qərarla “Santemax” MMC-nin direktor köməkçisi Mirzəyev Əhməd Məhəmməd oğlu və digərləri barəsində CM-nin 206.3.2-ci maddəsi ilə 745 №-li cinayət işi başlanmaqla iş üzrə ibtidai istintaqın aparılmasının İstintaq baş idarənin müstəntiqinə həvalə edilməsindən və Əhməd Mirzəyevin 29 mart 2010-cu il tarixli qərarla CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 2010-cu ilin aprel ayının əvvəllərindən etibarən Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasında Əhməd Mirzəyevi həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını bildirib hədə-qorxu gəlmişdir. Bununla da o, sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində tabeliyində olan əməkdaşın vasitəsi ilə Əhməd Mirzəyevdən və hər hansı əsaslı səbəb olmadan işlədiyi Nazirliyin inzibati binasına dəvət etdiyi sonuncunun qardaşı Mirzəyev Xəqani Məhəmməd oğlundan birbaşa yolla külli miqdar təşkil edən 500.000 manat məbləğində nağd pulu rüşvət kimi istəyərək qeyd edilən qərarları 375.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 15 aprel 2010-cu il tarixdə MTN-nin inzibati binasının yaxınlığında, Fəxri Xiyabanın qarşısında Xəqani Mirzəyevin gətirdiyi külli miqdar təşkil edən 375.000 manat məbləğində nağd puldan ibarət rüşvəti mütəşəkkil dəstənin istintaqa şəxsiyyəti məlum olmayan digər üzvü vasitəsi ilə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin qeyri üzvləri ilə aralarında bölərək, Əhməd Mirzəyevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 16 aprel 2010-cu il tarixli 73/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur.

 

hebs-turmeO, 17 aprel 2010-cu il tarixdə Əhməd Mirzəyevin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair müstəntiq tərəfindən qərarın qəbul olunmasını təmin etməklə, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədəqorxu tətbiq etməklə istəyərək vasitəçidən istifadə etməklə almışdır. Bununla da vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Əhməd Mirzəyevin hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

***

 Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 2011 - 2014-cü illəri əhatə edən dövr ərzində müxtəlif vaxtlarda İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən suiistifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla istifadəsində olmuş 050- 211-66-88 saylı mobil nömrə vasitəsilə Mirzəyev Əhməd Məhəmməd oğlunun istifadəsində olan 050-364-88-88 saylı mobil nömrəyə zənglər edərək heç bir əsaslı səbəb olmadan sonuncunun barəsində cinayət işi başlatdıracağı, barəsində həbs qətimkan tədbiri seçdirəcəyi, həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, belə məlumatların KİV-də yayılmaqla rüsvay ediləcəyi ilə hədələyərək rəhbəri olduğu “Santemax” MMC-nin satışını həyata keçirdiyi tikinti materiallarını tələb etmişdir. Hədə-qorxunu real qəbul edərək həbs olunacağından ehtiyatlanan Əhməd Mirzəyevin məcbur olub razılaşmasından sonra 2011-2014-cü illəri əhatə edən dövr ərzində ayrı-ayrı vaxtlarda “Santemax” MMC-nin Bakı şəhəri, Xətai prospekti 35 ünvanında yerləşən “Ceramic City” satış mağazasından 15.09.2011-ci il tarixli satış qaiməsi əsasında 2290,18 manat, 02.01.2012-ci il tarixli satış qaiməsi əsasında 7874 manat, 31.01.2012-ci il tarixli satış qaiməsi əsasında 1881 manat, 09.06.2012-ci il tarixli satış qaiməsi əsasında 7736 manat və 08.10.2014-ci il tarixli satış qaiməsi əsasında 6371,98 manat, cəmi 26.154 manat dəyərində keramika, kafel-metlax və sair tikinti materiallarını vahid niyyətlə dəyərini ödəmədən əvəzsiz olaraq özünün sürücüsü və qohumu olan Şirinov Əlzamin Həsən oğlunun vasitəsilə ələ keçirməklə sonuncunun yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evinə və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 76 ünvanında yerləşən mənzilinə daşıtdırıb şəxsi ehtiyaclarına sərf etmişdir… O, qulluq mövqeyinə görə zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Əhməd Mirzəyevin xeyli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmiş, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Əhməd Mirzəyevin hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN