Ötən gün İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub...

Belə ki, saat 14:30 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Röyal Müşfiq oğlu İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır. Məlumata görə, 44 günlük Vətən Müharibəsinin qazisi olan Röyal Mirzəyev bu gün icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, bilinmir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təəssüf etməkdən başqa çarə qalmır.
"Təzadlar" onu da xatırladır ki, İsmayıllıda iş adamlarına və imkansız, köməyə ehtiyaclı ailələrə qarşı oxşar laqeyd münasibətə dəfələrlə rast gəlməkdəyik. İcra başçısı Nahid Bağırovun nədən rayon sakinlərinə qarşı belə münasibət bəsləməsinin səbəbi bəlli deyil. Prezident İlham Əliyev etimad göstərib rayona başçı təyin edirsə, insanlarla belə münasibət yolverilməzdir.
Onu da qeyd edək ki, icra başçısı Nahid Bağırov fermer Teyyub Abdullayevlə iki ildən çoxdur məhkəmə çəkişməsindədir. Baxmayaraq ki, indiyədək 5 məhkəmə qərarları ilə uduzub, amma yenə də fermerə taxıl əkməyə müxtəlif bəhanələrlə imkan vermir. Halbuki təxminən 80 hektarlıq qanuni torpaq sahəsində hər il 200 tondan çox dəmyə taxıl hasil olurdu və rayonun büdcəsinə və rayon sakinlərinə xeyir gətirirdi. 
Nə isə.... İnanırıq ki, Prezident İlham Əliyev son hadisəyə- qazinin özünü benzin tökərək yandırmasına sərt reaksiya verəcək, lazımi ölçü götürüləcək. Prezident fermerlərə, qazilərə ciddi qayğı göstərir, problemlərini həll edir, icra başçısı isə əksinə, qaziyə və iş adamına özü boyda problem yaradır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN