İsrail- Fələstin müharibəsi pik həddə çatıb...

Dünyanın aparıcı dövlət başçılarının da səylərinə baxmayaraq tərəflərin atəşkəsə razı olması mümkünsüz görünür. İSrailin "Sputnik" qəzetinin rəhbəri, politoloq Mark Qorin "Təzadlar"a açıqlamasında bildirdi ki, hazırda da HƏMAS-a qarşı hərbi əməliyyatlar davam edir: "Təəssüflər olsun, hər iki tərəfdə itkilər var, lakin dünya da bilir ki, HƏMAS bütün bunlara görə cavab verməlidir. Ona görə də bu terrorçuların bazaları hədəfə alınaraq İsrail ordusu tərəfindən zərbələr endirilir... İsrail əsgərləri hazırda Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyat zamanı Qəzzanı tam mühasirəyə alıblar. HƏMAS-ın isə təslim olmaqdan başqa çarəsi yoxdur. Onları qızışdırıb bu qırğınları törətməyə sövq edənlər də cavab verməlidirlər.."..

Xatırladırıq ki, İsrail Müdafiə Nazirliyinin kontr-admiralı Daniel Həqari brifinqində  bir daha deyib ki, İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mühasirəsini tamamlayıb və Qəzza şəhərini tamamilə mühasirəyə alıb, döyüşlər davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN