Vaxitə «Texniki bank»dakı 300-500 min manatlıq əmanətə görə əmanətçilər «MTN»də həbs edilirdisə, görün indi «Muğanbank»dakı bir əmanətçinin 61 milyon manatlıq əmanətinə görə hansı addım atılmalıdır???

"MuğanBank"ın lisenziyasının ləğvi ortaya sesasion faktı qoyub. Məlum olur ki, sabiq deputat, «Odlar yurdu» Universitetinin sahibi Əhməd Vəliyevin qudalarına və ailəsinə məxsus olan bu bankda vətəndaşlara məxsus olan 76 milyon manat manatlıq əmanətin 61 milyon manatı vur-tut bir nəfərə aiddir.

Bəs həmin şəxs kimdir?

***

 İqtisadçı Rövşən Ağayev mediaya açıqlamasında deyib ki, o, hələ bir neçə il əvvəl bir bank rəhbəri ona  deyibmiş ki, «…bank sektoru üzrə əmanətlərin 44%-i bütün əmanətçilərin 1%-nə məxsusdur». Sitat: “Hər 2 məlumatın mənbəyi mötəbər şəxslərdir. Ölkədə fantastik sərvət və gəlir bərabərsizliyini əks etdirən və cəmiyyətə açıqlanan nadir göstəricilərdən sayıla bilər bu statistika. Əslində bu tip məlumatlar rəsmi statistikanın ən zəngin və ən yoxsul 10% əhalinin gəlirləri arasında fərqin cəmi 3 dəfə olduğunu göstərən araşdırmalarını lazımsız kağız parçasına çevirir”.

***

 Xatırlatma: Mərkəzi Bankın İdarə Heyətinin oktyabrın 18-də qəbul etdiyi qərara əsasən, “MuğanBank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, artıq əmanətçilərə pullarını geri almaları barədə məlumat da verilib və s.

 «Muğan bank» rəhbərliyi əmanətçilərə bəyan edib ki, arxayın olun… Amma…

  Ən maraqlı olan fakt budur ki, «Muğanbank»ın rəhbərliyi lisenziya ləğv ediləndən sonra əmanətçilərinə əmanətlərin qaytarılmasında heç bir problemin olmayacağını bəyan edib. Amma əmanətçilər və ölkə ictimaiyyəti də xəbərsiz olub ki, bu bankın 76 milyon manatlıq əmanətinin 61 milyon manatı elə bir nəfərə məxsusdur, o da şübhəsiz ki, bank gəlirlərinin şəriklərindən biridir… Deməli, həmin şəxs kimə də olmasa, Əhməd Vəliyevə yaxşı məlumdur ki, o, rahatlıqla əmanətçilərini sakitləşdirib.

 Əmanəti 3-5 faizə, krediti isə 12-20 faizə verən bankların gəlirləri niyə də aşıb-daşmasın…

bank-faiz

bank-emanet

bank-emanet-doll

 «Təzadlar»ın bankların kredit və əmanət faizləri ilə bağlı bir müddət əvvəl apardığı araşdırma yazı bankların ciddi soyğunçuluq və qarətçiliklə məşğul olduğunu ortaya qoymuşdu. Təsəvvür edin, bank kreditlərinin yüksək faizinin müflis etdiyi Azərbaycan vətəndaşlarının sonda evsiz-eşiksiz, əmlaksız qalmasının da şahidiyik. Təhlilər isə göstərir ki, banklarımız ona görə varlanır, təsisçiləri tez bir zamanda oliqarxlaşır ki, onlar əmanəti səndən 3-5 faizə alır, sonra sənin pulunu başqa bir şəxsə 10-20 faizə kreditə verir. Bax bunun nəticəsidir ki, «Muğan Bank»da bir nəfərin 61 milyon manatlıq əmanəti var. Bu həmin şəxsin böyük məsuliyyətçizliyindən xəbər verir.

Ən vacibi, indi banklar dollarla əmanət götürəndə onu vətəndaşdan 1-2 faizə qəbul edir, amma sonra sənin həmin dollarla olan əmanətini başqa birinə üçqat artıq faizlə kreditə verir (bankların manat və dollarla kredit faizlərini aşağıdakı cədvəllərdən görə bilərsiniz).

***

 "Muğan Bank" ASC-nin səhmdarları isə bunlardır: Mehtiyev Elmir Maqbet oğlu (67,74 %), Mehtiyev Maqbet Rəhim oğlu (11,58 %), Vəliyeva Vəfa Əhməd qızı (10,65 %) və Mehtiyeva Fəridə Cahandar qızı (10.03 %) olub. Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva Əhməd Vəliyevin qudaları, Elmir Mehtiyev kürəkəni, Vəfa Vəliyeva isə qızıdır.

 Bu ilin iyun ayında da bankın səhmdarları dəyişib. Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevlər ayrı-ayrılıqda 40 faiz pay əldə ediblər. Bununla da Elmir Mehtiyevin payı 0,7818 faizə, Vəfa Vəliyevanın payı 8,3254 faizə, Fəridə Mehtiyevanın payı 10, 8928 faizə enib.
***

Xəzərnews.az isə məlumat yayıb ki, bankın idarəetməsini əslində Eldar Mahmudovun qardaşı oğlu Vüqar Mahmudov həyata keçirib. Sitat: «…Əhməd Vəliyevin «Odlar Yurdu» Universitetində Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovla bağlı tədbirlər keçirməsi, onun adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaratması rektorun keçmiş nazirlə yaxınlığını təsdiqləyən fakt kimi təqdim olunur. Hətta onun deputat olmasında da Eldar Mahmudovun rolunun olduğu deyilir. "MTN işi"ndən sonra Əhməd Vəliyevin parlamentdən kənarda saxlanılması da təsadüfi sayılmır. Bəzi mülahizələrə görə, hazırda Əhməd Vəliyevlə bağlı baş verənlər də Eldar Mahmudova görə ola bilər….».

 Bütün bunlara rəğmən, vacib olan budur ki, adı çəkilən bankın əmanətlərinin 80 faizi, yəni 76 milyon manatın 61 milyon manatı bir nəfərə məxsusdur. Bəs həmin o bir nəfər kimdir? Yəqin ki, kim bilməsə də, DTX üçün bunu bilmək çox asandır, elə Milli Bankın rəhbərliyi üçün də.

 Sonda: Bakı Hərbi Məhkəməsində «MTN işi» üzrə məhkəmə qalmaqalı bu yaxınlarda yekunlaşdı. Məlum olducu kimi, keçmiş MTN-nin sabiq vəzifəli şəxsləri Etibar Əliyevə məxsus «Texnika bank»da və bankın Bakı filialında 300-500 min manat əmanəti olanları çarmıxa çəkib həmin pulların mənbəyini tələb edərək onları həbslə hədələyib milyonlarla manat pulunu rüşvət qismində almışlar. Həmin əməliyyatların başında isə «MTN»in Baş istintaq İdarəsinin rəisi, general Mövlam Şıxəliyev və digərləri olmuşdur. İndi onların hamısı həbsdədirlər.

İndi sual olunur: o vaxt 300-500 min manatlıq bank əmanətlərə görə əmanətçilər həbs edilirdilər… İndi 61 milyon manatlıq əmanətə görə həmin əmanətçiyə nə deyilməlidir???

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN