Bakı Apellyasiya Məhkəməsi müxalifətyönlü siyasətçi  Qubad İbadoğlunun əmlak girovu müqabilində təcridxanadan azad edilməsindən imtina edilməsilə bağlı şikayətini bu günkü iclasda təmin etməyib.

Tezadlar.az bildirir ki, bu barədə onun vəkili Zibeyda Sadıqova bildirib. Vəkilin sözlərinə görə, İbadoğlunun səhhəti durmadan pisləşir: "Qanda insulinin miqdarı hər gün artır və bunu dayandırmaq mümkün deyil. Ürəyində də aortanın genişlənməsi var. Biz ev dustaqlığı ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdik. Məhkəmə bizim arqumentlərimizi eşitmədi. Bu gün Bakı Apellyasiya Məhkəməsi də məhkəmənin birinci instansiyasının qərarını qüvvədə saxladı". İbadoğlunun rəhbərlik etdiyi Demokratiya və Rifah Partiyasının üzvləri məhkəmə prosesindən sonra etiraz aksiyası keçiriblər. Onlar Qubad İbadoğluya azadlıq sözləri yazılmış plakatlar qaldırıblar.  Aksiya iştirakçıları Bəxtiyar Hacıyev və Nazim Bəydəmirlinin də azad olunmasını tələb ediblər. Aksiya insidentsiz keçib,  saxlanılan olmayıb.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN