Xəbər verildiyi kimi, növbəti ildən muzdlu işə cəlbetmə ilə bağlı gəlir vergisi güzəştinə ciddi dəyişiklik ediləcək... Lakin çox təəssüf ki, bu dəyişiklik sahibkarlığın ziyanına olacaq. Professor, iqtisad elmləri doktoru Saleh Məmmədov bununla bağlı narahat olduğunu özünün sosial platforma səhifəsində yazı b. Sitat: "...Tam layihənı oxumamışam (mənbələrdə yoxdur). Amma deyilənlər düzdürsə gələn ildən muzdlu işə cəlb etmədən sahibkar olan şəxslər üçün (illik dövriyyəsi 200 000 manata qədər olan) gəlir vergisi güzəşti ləğv ediləcək. Bu o deməkdir ki, tutaq ki, bir ekspert 500 manat qazanırsa deməli onun 201 manatı vergi və sosial ödəməyə (əgər minimum əmək haqqı artasa o zaman bu məbləğ də artacaq) tutulacaq+7,5 manat da nağdlaşma və bank xərci üçün. Əgər həmin şəxs 100 manat qazanacaqsa o zaman 107 manat 50 qəpik (əgər minimum əmək haqqı artarsa bu rəqəm də artacaq) ödəməlidir. Güzəşt ancaq 3 nəfəri muzdu işə cəlb edənlərə tətbiq olunacaq. Məsələn bir təlimçi fiziki şəxs kimi qeydiyyatdadırsa və özü fərdi qaydada sifariş əsasında təlim keçirsə, o ya daha 3 nəfəri işə qəbul etməli, ya da qazandığı 500 manatın 40%n-i (minumum əmək haqqı arsa faiz də artacaq) vergi və sosial ödəmələr şəkilində verməlidir. Mən hələ layihəni görməmişəm. Sadəcə eşitdiyimin əsasında yazıram. Təki səhv olsun...".
Professor tamamilə haqlıdır. Ölkədə sahibkarlığın inkişafına geniş dəstək verildiyi dövlət siyasətinin tərkib hissəsidir və professorun narahatlıqla yazdığı kimi, vergi məcəlləsinə o sayaq dəyişiklik edilərsə, bu ciddi problemlərə yol açmış olacaq...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN