Erməni jurnalistin Azərbaycan prezidentinin qalib görkəminə baxmaqdan xoşu gəlmir, çünki İlham Əliyev külli ermənilərin və ermənipərəstlərin xəyallarını tarixin arxivinə göndərdi... Tanınmış araşdırmaçı- jurnalist Elbəyi Həsənli bununla bağlı maraqlı yazı paylaşıb. Müəllif yazır: "...Bugünlərdə yazmışdım ki, ermənilər, sanki iynə üstündə oturublar. “Azadlıq” radiosunun erməni bölümünün ingilisdilli xidməti elə bu məsələdən bəhs edən "In Southern Armenia, Global Powers Move In Amid Fears Of A New Azerbaijani Offensive " (Cənubi Ermənistanda Qlobal Qüvvələr Azərbaycanın yeni hücum təhlükəsinə nəzərən hərəkət edirlər) adlı məqalə ilə çıxış edib. Yazıda deyilir ki, Azərbaycanla Ermənistan arasında mövcud olan qeyri-müəyyənlik Sünik şəhərinin bir çox sakinini çıxılmaz vəziyyətdə qoyub. Sünikdə xəbərləri işıqlandıran “Zəngəzur TV” (heç vaxt ağlıma gəlməzdi ki, Ermənistanda Zəngəzur adında TV olsun) kanalının jurnalisti Tiqranuhi Badalyan (Bədəl və yan.Tezadlar.az.) deyir: "Hər səhər yuxudan durub düşünürəm ki, nə yaxşı bu gün müharibə başlamayıb, çünki hər gün müharibənin başlanma gözləntisi var". O əlavə edir: "Azərbaycan prezidentinə baxmağı heç xoşlamıram, amma hər gün yatmazdan əvvəl onun çıxışını əks etdirən videolara baxıram, çıxışı təhlil edərək sabah müharibə olub-olmayacağını təxmin etməyə çalışıram. Hər dəfə evə nəsə almaq istəyəndə, evi təmir etmək fikrinə düşəndə, ya da mebel almaq ürəyimdən keçəndə də düşünürəm ki, sabah müharibə başlasa, hər şeyi itirəcəm..."".
Bax belə. Əlbəttə, yüz illər boyu Rusiyaya sığınıb bölgədə at oynadan, indi "atsız və yüyənsiz..." qalan Ermənistanın siyasi rəhbərliyi anlamalıdır ki, Rusiyaya ümid edən şamsız, Makrona ümid edın isə Ermənistansız qalar...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN