...Vətənin dar günündə əlinə avtomat silahdan da güclü olan, nişangahı tarixin arxivinə köçürülən, "güllə"sinin səsi ən uzaq məsafədə eşidilən, bu gün də eşidilməkdə olan, sabah da eşidiləcək... kamerasını götürüb Vətən şəhidi olmuş Çingiz Mustafayevin bu gün doğum günüdür...  O, bir ailədə dünyaya göz açsa da, Azərbaycan üçün doğulmuşdu! Elə Azərbaycanın yaralı torpağında- Qarabağda anası Azərbaycana qurban getdi! O, hələ sağlığında milləıtin cəsur reportyoru-telejurnalisti, sonra isə Milli Qəhrəmanı oldu!
Ad günün mübarək, Çingiz Mustafayev! "Hara gedirsiniz, arxada Şuşadır, Laçındır... Azərbaycandır!" deyib qışqırmaqdan səsinin batdığı Laçın da, Şuşa da... indi azaddır! O yurdlardan sənə salam var! Ruhun təkcə şad deyil, həm də ruhun sağdır-Azərbaycanladır, Azərbaycancadır!
***
ARAYIŞ: Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. O, Azərbaycanın ilk Dj kimi də tanınır. 1981-ci ilin sentyabr ayında,Çingiz Mustafayevin başçılığı altında, 12 nəfərdən ibarət “3M” adlı bir dəstə yaranıb. Çingizin əsas rolu DJ-lik və MC-lik olub.
1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə alıb. 1991-ci ildən etibarən isə həyatını tam olaraq jurnalistikaya bağlayıb.
O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib...
***
...Çingiz Mustafayevə əyandır ki, onun ruhu hamıdan əvvəl işğalına dözə bilmədiyi, indi azad olunmuş həmin yerlərdə dolaşır...
Asif Mərzili
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN