Bir sıra erməni siyasətçilərin və ictimaiyyət nümayəndələrinin ardınca, daha bir erməni bloqqerdan maraqlı açıqlamalar gəlib.

Bu o deməkdir ki, ermənilərin öndə gedənləri və bu qurama dövləti dağıtmağı qarşısına məqsəd qoymuşları, nəhayət, səhv yolda olduqlarını etiraflamaq məcburiyyətindədirlər. Ermənistan özü dünyaya və insanlığa təhlükə olduğu halda, anlamağa başlayıb ki, işğalçı olan bu ölkəyə qarşı real bir güc var: Azərbaycan!

 Qısası, erməni bloqqer Roman Baqdasaryan maraqlı etiraflarda bulunub. Deyir: «…Ermənilər anlamalıydılar ki, işğal etdikləri ərazilərdəki qəbirstanlıqlarda meyitləri açıb çıxardaraq, onların ağzındakı qızıl dişləri oğurlayaraq, əridib külçə halında Ermənistana xammal kimi satanda bunun bədəlini bir gün ödəməli olacaqlar (Söhbət Ağdamdakı məşhur Qarağacı qəbiristanlığından gedir. İndi yüz hektara yaxın ərazini əhatə edən bu məzarlıqda sonra taxıl əkiblər. Tfu sizlərin məsləkinə!Red.). Ermənistanda hakimiyyətdə olmuş Sarkisyan və Koçaryanın Azərbaycana qarşı yürütdüyü zorakı və vandal siyasətin sonu belə olmalıydı. 44 günlük müharibə zamanı dağıdılmış qəbirlərinin və təhqir olunmuş insan cəsədlərinin canlı şahidi olan Azərbaycan əsgərinin qisasçılıq hissini başa düşmək lazımdır.

Ermənilər işğal etdikləri ərazilərdəki qəbirstanlıqlardakı məzar daşlarını sökərək üstündəki yazıları siliblər və onları material şəklində satıblar. Dünyanın aparıcı telekanallarında nümayiş olunan kadrlar dediklərimizə əyani sübutdur. Meyitlərin ağzındakı qızıl dişləri çıxarıb satmaqla bərabər məzar daşlarını da alver predmetinə çevirən ermənilər bir gün buna görə cavab verməli olduqlarını anlamalıydılar.

Azərbaycan torpaqlarında bu sayda məscidlərin olmasını mən də bilmirdim. Yalnız müharibədən sonra xarici KİV-lərdə yayımlanan materiallardan sonra anladım ki, ermənilər məscidləri və dini abidələri viran qoyararaq yer üzündən siliblər. Buna görə ermənilər cavab verməli olacaqlar”.

Bəli, etiaf günahın bir qisminin məsuliyyətindən azad olmadır. Lakin bu, cəza müəyyən edilərkən yüngülləşdirici hal kimi qəbul edilir… Amma Ermənistanın cinayətləri insanlıq və bəşəriyyət əleyhinə olduğundan bu qondarma ölkənin cəzası ömürlük azadlıqdan məhrumetmədir! Bunun hüquqi mənası odur ki, Ermənistan ölüm hökmünə layiqdir, məhv edilməlidir! Nə qədər ki, bu ölkə mövcuddur, dünyamıza rahatlıq yoxdur…

Asif Mərzili

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN