Tofiq Mustafazadə: “Təkcə mənim kitabımda deyil, Sovet dövrünün əksər kitablarında...” 

"AMEA-nın Tarix İnstitutunda nə baş verdiyi artıq indi bəlli olur. "Təzadlar" qəzetinin rəhbərliyinə və qəzetə müsahibə vermiş tarixçi alim Günel Aslanlıya minnətdarıq ki, bu elm məbədində nələr baş verdiyini ortaya qoydu...".
Bu sözlər gün ərzində məlum mövzu ətrafında sosial və elektron mediada gedən müzakirələrdə yazılan şərhlərdə öz əksini tapıb, qəzetin elektron poçtuna daxil olan müraciətdə belə deyilir. Hətta elektron poçta institutun əməkdaşı olan Şəhla adlı xanım( düzdür, adının gizli saxlanılmasını xahiş edib, amma mətndə səhv salıb ad və soyadını tam əks etdirib) yazır ki, Azərbaycan tarixini obyektiv şəkildə öyrənmək  tarixçilərin əsas vəzifəsidir, təəssüf ki, bizim institutda rəhbərlik əcaib işlərlə məşğuldur, biz sıravi işçiləri saxta şərhlər yazmağa vadar edir və s.

XXX

Beləliklə, bu gün "Bakı xəbər" qəzeti də "Təzadlar"ın qaldırdığı bir ciddi mövzuya yazı həsr edib. Sitat: "...Əlbəttə, tariximizi obyektiv yazan alimlər də az deyil. Bununla yanaşı bəzən mətbuatda və  sosial şəbəkələrdə məlumatlar yayılır ki, hansısa tarixçilərin kitablarında təhriflərə yol verilib. Xüsusən də, çox nadir hallarda olsa da, bəzi tarixçilərin Sovet dövründə yazdıqları kitablarda ermənilərin “yerli əhali olmasına” dair işarələrə də rast gəlinir. Bəzən AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu da tənqid hədəfinə çevrilir. Əlbəttə, söhbət əvvəlki dövrlərdən, yəni professor Kərim Şükürovun bu instituta rəhbərliyi dönəmindən əvvəllərdən gedir. Dəfələrlə iddia olunub ki, yazılan əsərlərdə ideoloji qüsurlar var, faktlar təhrif edilib, kitablarda bir-biri ilə uzlaşmayan məsələlər yer alıb. Təəssüf ki, bu iddilara heç vaxt köklü cavab verilməyib, aydınlıq gətirilməyib. Dedi-qodu səviyyəsində yayılan xəbərlər dedi-qodu kimi də ağızdan-ağıza keçib. İndiyə qədər qüsurlu adlandırılan hansısa bir kitab, nəşr ekspertizadan keçirilibmi? Bu sual da açıqdır. Aydınlıq gətirilsəydi yaxşı olardı.  Bu gün də AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun beynəlxalq şöbəsinin müdiri, professor Tofiq Mustafazadənin bir kitabı gündəmə gətiriib. Sosial şəbəkələrdə və mediada bu barədə danışılır. Əvvəlcə onu qeyd edək ki, T.Mustafazadə müasir Azərbaycan tarixşünaslığında öz yeri olan alimdir, tarix elminə töhfə olan əsərləri var. Bunu qeyd etmək mütləqdir. "Təzadlar"ın yazdığına görə, Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafazadə 1986-cı ildə "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitab nəşr etdirib. “AMEA-nın adının çəkilməsini istəməyən professorlarından birinin "Təzadlar"a verdiyi məlumata görə, professor T.Mustafazadə bu kitabında Azərbaycanın Qarabağ əhalisinin milliyətini erməni əhali kimi təqdim edib..." - deyə saytda qeyd edilib.  Bu kifayət qədər ciddi bir iddiadır. Bu, Sovet dövründə deyilsə və yazılsa da, mütləq bunun bir izahı, açıqlaması olmalıdır. Bu səbəbdən də həm A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna, həm də institutun beynəlxalq şöbəsinin müdiri, professor, sözügedən kitabın müəllifi Tofiq Mustafazadəyə sorğu göndərdik. 

 Tofiq Mustafazadə “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bunları qeyd edib: “Təkcə mənim kitabımda deyil, Sovet dövrünün əksər kitablarında, bütün dərsliklərdə XVIII əsrdə Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı yazılmışdır. Məlum Qarabağ hadisələri başlayanda mən birincilərdən olaraq bu erməni adlandırılanların əslində alban soyköklü xristianlar olması barədə məqalə dərc etmişəm (Bax:Azərb.SSR EA Xəbərləri,1988,nömrə3). Sadəcə olaraq, mən direktor Kərim Şükürovu müdafiə etdiyimə görə, həm də yerimə göz dikmiş bəzi şəxslərin təhriki ilə qaragüruhçuların təhqirlərinə məruz qalıram”. İnstitutdan isə bildirdilər ki, baş verənlər Tarix və Etnologiya İnstitununun rəhbərliyini gözdən salmağa xidmət edir və müəyyən adamlar var ki, əsassız olaraq institutun direktorunu və kollektivini qaralamaqla məşğuldur”.

XXX

 "Bakı xəbər" daha sonra yazır: "...Azərbaycan tarixinin yeni metodologiya ilə öyrənilməsi, eyni zamanda ideoloji, tarixi baxımdan qüsurlu olan nəşrlərin üzə çıxarılması üçün ekspertiza təşkil edilməli, o kitablar müəyyənləşdirildikdən sonra dövriyyədən çıxarılmalıdır. Çünki o nəşrlər hansısa şəkildə ortadadırsa, mütləq ondan bədxahlarımız bizə qarşı istifadə edəcəklər. Necə ki, edirlər. Ermənilərə kiçik bir ipucu lazımdır ki, ondan əleyhimizə istifadə etsinlər. Biz Azərbaycan tarixinin yüksək səviyyədə yazılmasını istəyirik ki, qürur duyduğumuz tariximizi olduğu kimi öyrənək...".

"Təzadlar"dan: əlavə şərhə ehtiyac varmı? Tofiq Mustafayev bir daha etiraf edir ki, "Təkcə mənim kitabımda deyil, Sovet dövrünün əksər kitablarında, bütün dərsliklərdə XVIII əsrdə Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı yazılmışdır...".

Sual olunur: cənab tarixçi professor, Sovet dövrünə düşən 1986-cı ili əlinizdə bayraq edirsiniz ki, yəni o dövrün tələbi belə yazmaq idi...  Erməni yaramaz alim Aqambekyan 1986-87-də Fransa mətbuatında Qarabağın Ermənistana birləşdirilməsini yazırdı. Onda da Sovet dövrü idi. Necə olur ki, erməni yaramaz Sovet dövründə Ermənistana aid olmayanı erməni adlna çıxır, siz Tofiq Mustafayev isə Azərbaycanın tarixən olanını erməni adına çıxarıb erməniləşdirirsiniz?! Aqambekyan kimi yaramazlar da sizin bu elmi dərsliyinizi əsas tutub Qarabağın əhalisinin ermənilərdən ibarət olduğunu yazır, biz də başlayırıq təkzib etməyə ki, Tarix İnstitutunun arxivinə and olsun, elə deyil... Kim inanacaq?! Axı görkəmli tarixçi alim Tofiq Mustafayev belə yazıb...

XXX 

Nəhayət: çox hörmətli professor deyir ki, "Sadəcə olaraq, mən direktor Kərim Şükürovu müdafiə etdiyimə görə, həm də yerimə göz dikmiş bəzi şəxslərin təhriki ilə qaragüruhçuların təhqirlərinə məruz qalıram”.

Sual olunur: erməni dəyirmanına su tökən və tutduğu kreslonu gözdən salmış, o yeri korlamış... bir adamın həmin korlanmış yerinə hansı ağıllı adam göz dikər?! O yer əvvəlcə dezinfeksiya olunmalı, təmizlənməli, bəraət hüququ təmin olunmalıdır, sonra göz dikməkdən danışmağa dəyər...

 Sonuncusu, Kərim Şükürovu kimdən və nədən müdafiə etdiyinizə görə sizə təzyiq edilir, cənab ptofessor??? Bilmək olarmı?!

(Sabah daha maraqlı şərhimiz var)

"Təzadlar"ın Araşdırma Qrupu

P.S.Görkəmli tarixçi alim Süleyman Əliyarlı Tofiq Mustafayevin 1986-cı ildə buraxdığı kitabının elmi mahiyyətini niyə rədd etmiş və Azərbaycanın dövləti maraqlarına zidd olduğunu deyərək bu elmi məcmuənin qəti şəkildə yığışdırılmasını məsləhət görmüşdü???

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN