2023-cü ildə prokurorluq orqanlarının cinayətkarlığa qarşı mübarizəsi, eləcə də istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı Kollegiya iclası keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a bildirilib ki, bu dəqiqələrdə keçirilən iclasda Mərkəzi aparatın, Naxçıvan Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edirlər. Tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi, Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib. Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN