Amerika filmlərində rast gəlmişik ki, qızılaxaranlar xəlvətcə axtarışa çıxır, çətinliklərdən sonra axtardıqları qızılı tapırlar, amma qızıl onlara qismət olmur. Ya ələ keçirlər, ya da özləri qızılları bölə bilmədiyindən bir-birini qana qəltan edirlər…

 Oxşar hadisə Şəkidə baş verib. Düzdür, hadisələr Amerika filmlərindəki kimi ssenariləşdirilməyib, sadəcə, qızılaxtaranlar özlərinin qurduğu tələyə düşüblər. Beləliklə, «Təzadlar»a daxil olan məlumata görə, bu ilin yanvar ayının 21-də Şəki  rayonunun Turan polis bölməsinin əməkdaşları  tərəfindən qanunsuz yolla qızıl axtarmaq   fəaliyyəti ilə məşğul olan 5 nəfərlik dəstə iş başında yaxalanmışdır. Dəstə üzvlərindən 2 nəfəri  Bakı, 1 nəfəri Sumqayıt, 1 nəfəri Mingəçevir, 1 nəfəri isə Yevlax sakinidir. Onların istifadə etdiyi  2 ədəd xüsusi “qızılaxtaran” aparat polis işçiləri  tərəfindən götürülmüşdür. Hansı ki, qanunsuz fəaliyyətlə məşğul olan dəstə əvvəlcə həmin  aparatlar vasitəsilə hansı abidədə qızıl olduğunu müəyyənləşdirir və daha sonra o abidəni qazıb  dağıdaraq məhv edirlər.

Xatırladaq ki, son vaxtlar respublikanın bir sıra rayonlarında, o cümlədən Şəki və Oğuz rayonları   ərazisindəki bir sıra tarixi abidələr beləcə dağılmışdır. Növbəti yazılarımızda dəstənin qanunsuz əməlləri barədə daha ətraflı bəhs  olunacaqdır. İnanmaq istərdik ki, Şəki polisi tarixi mədəni dəyərlərimizə qənim kəsilən bu dələduzların arxasında kimlərin durduğunu, onların kimlər tərəfindən himayə olunduğunu və  maaliyyələşdirildiyini tam olaraq aşkara çıxararaq ifşa olunmasını təmin edəcəkdir. Açıq satışda olmayan “qızılaxtaran” cihaz və avadanlıqların hansı yollarla əldə edildiyi də sözsüz ki, araşdırma predmeti olacaqdır.

Nəhayət, “qara arxeologiya” ilə məşğul olan dələduzların tarixi abidələri dağıdaraq ələ keçirmiş olduqları nadir maddi mədəniyyət nümunələrinin sonrakı taleyinə, yəni haraya və ya kimlərə ötrüldüyü, hansı yollarla qara bazara çıxarılaraq  reallaşdırıldığı kimi vacib nüanslara da aydınlıq gətiriləcəkdir…

Bəs həbs olunan dəstə üzvləri barədə niyə indiyədək rəsmi məlumat yayılmayıb? Bu suala aydınlıq gətirilməsi üçün Şəki rayon Polis Şöbəsinə tərəfimizdən rəsmi sorğu göndərilib, hələki cavab yoxdur.

Əlavə məlummat veriləcək.

*** 

Onu da xatırladaq ki, həli bir neçə il əvvəl də Şəkidə qızıl çıxarmaq üçün abidələri qazan İran və Azərbaycan vətəndaşları saxlanılmışdı... Bakı şəhər sakini Sahil Abuşov, İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt şəhər sakini Namiq Şahmalıyev Şəki rayonunun Daşüz kəndində "Səbətli deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz olaraq qazıntı işləri aparmaq qərarına gəlmişdilər. Asan olsun deyə, S.Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. M. Zeynalov da Novruz Mənəfovun vasitəçiliyi ilə Qax rayonu Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb, Daşüz kəndində "Səbətli adlanan ərazidə traktora ehtiyac olduğunu bildirib. Daha sonra S.Abuşov həmin əraziyə gələn traktorun sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Elə qazıntı işləri gedərkən daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları həmin əraziyə gedib və onları elə iş başında yaxalayıblar. Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər... Amma sonrakı aqibətləri barədə ictimaiyyətə xəbər verilməmişdir.
seki-1
Bu da bəs deyil: bir neçə il əvvəl yenə də Şəkidə eramızdan əvvəl IV- II əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi başlanmışdı. Belə ki, rayonun Cəfərabad kəndinin inzibati ərazisində yerləşən, eramızdan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi başlayıb, təhqiqat bölməsi tərəfindən araşdırmalar aparılır. Faktla bağlı hələ ki saxlanılan yoxdur. Həmin kurqanda naməlum şəxslər ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb. Kurqanın diametri 12 metrdən çox olan zireh hissəsi dağıdılıb,  lakin dəfn çalasına toxunulmayıb. Ehtimal edilir ki, kurqanda qanunsuz qazıntı işləri aparan şəxslər qızıl axtarıblar. Bu işin də sonu barədə ictimaiyyətə məlumat verilmədi. Niyə???
Bəs görəsən bu dəfə də elə olmayacaq ki???

«Təzadlar»

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN