Gürcüstanın Prezident Administrasiyası Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəyə səfəri barədə bəyanat yayıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bəyanatda Salome Zurabişviliyə Nikol Paşinyanla görüşə icazə verilmədiyi qeyd olunub. Sözügedən bəyanatda deyilir: "Gürcüstan prezidenti Ermənistanın baş nazirinin səfərini alqışlayır, təəssüf ki, prezidentə dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə ev sahibliyi etmək imkanı verilmir. Aidiyyatı qurumların ölkə başçısına yüksək səviyyəli səfərlər, görüşlər və ya ölkədə planlaşdırılan tədbirlərlə bağlı məlumat verməməsi də üzücü və diqqətçəkən məsələdir”.

Lakin Gürcüstanın sosial media istifadəçiləri yazırlar ki, Paşinyanda qızılca xəstəliyinin əlamətləri olub deyə bu görüşə icazə verilməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN