Tehranda müttəhim və vəkillərinin iştirakı ilə Azərbaycanın İrandakı səfirliyinə hücum ittihamı üzrə məhkəmə iclası keçirilib.

Tezadlar.az İRNA agentliynin məlumatına istinadla bildirir ki, məhkəmədə Azərbaycan səfirliyinin nümayəndələri də iştirak edib. “İclasın əvvəlində hakim təqsirləndirilən şəxsə ittiham elan edib, daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs həmçinin səfirlikdə Azərbaycan vətəndaşını qətlə yetirməkdə, qanunsuz silah və döyüş sursatı əldə etməkdə, daşımaqda və saxlamaqda, ictimai asayişə müdaxilədə ittiham olunur. O, həmçinin Azərbaycan səfirliyində dağıntılar törətməkdə və onun üç əməkdaşının  məhv etməkdə və qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunur. İttiham aktı elan edildikdən sonra təqsirləndirilən şəxs və vəkilləri etirazlarını bildiriblər. İclasın sonunda bu işə baxılmasının yekunlaşdığı elan edilib və məhkəmə sədri hökmün qanunla müəyyən edilmiş müddətdə elan olunacağını vurğulayıb”, məlumatda qeyd edilir. 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum törədilib. Hadisə zamanı mühafizə xidmətinin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Yaralılardan biri hücum edən şəxsi səfirlik binasından çıxarmağa müvəffəq olub. O, binadan kənarda da bir müddət diplomatik missiyanı təhdid etməkdə davam edib. Bütün bunlar baş verərkən İranın güc qurumları tamamilə hərəkətsiz qalıb. İran hakimiyyəti cinayətin səbəblərini "şəxsi motivlər" kimi qələmə verməyə çalışıb, Azərbaycanda hücum terror aktı kimi qiymətləndirilib. Diplomatların, digər işçilərin və onların ailə üzvlərinin həyat təhlükəsizliyi olmadığına görə Azərbaycan onları təxliyə edib və səfirliyin fəaliyyətini dayandırıb.

Terrorçuya hansı cəza veriləcək, hələki məlum deyil. Lakin ekspertlər onun edam cəzasına məhkum ediləcəyi şübhə doğurmur.

AşMəmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN