Hindistanın hava məkanında qalmaqallı hadisə baş verib...

Tezadlar.az "Ria-Novosti"yə istinadla bildirir ki, bu ilin yanvarın 28-də "İndiGo Airlines" aviaşirkəti Dehlidən Bakıya icazəsiz uçuş həyata keçirib. Bu isə ciddi araşdırmalara səbəb olmaqdadır. Belə ki, Dehlidən Bakıya uçan "6E 1803" nömrəli reysdə pilotlar uçuş üçün müəyyən edilmiş növbə ilə bağlı Hindistan Hava Hərəkətinə Nəzarət Xidmətinin təlimatına məhəl qoymayıblar. Hələlik məlum olmayan səbəblərdən təyyarə lazımi icazə olmadan havaya qalxıb. İnsidentin hərtərəfli araşdırılmasından əvvəl reysin hər iki pilotu tutduğu vəzifədən kənarlaşdırılıb. Araşdırmada məqsəd icazəsiz uçuşla əlaqəli halları müəyyən etmək və aviasiya protokollarına əməl olunması ilə bağlı hər hansı pozuntunu aşkar etməkdir. 

CNN isə yazır ki, hələ ötən ilin avqustun 11-də "IndiGo Airlines" aviaşirkəti Dehli-Bakı-Dehli marşrutu üzrə birbaşa reyslər açıb ki, bu da onun beynəlxalq əməliyyatlarının strateji genişlənməsini göstərib. Çox güman ki, araşdırmanın yekunları uçuşa səbəb olan hadisələrə, aviasiya təhlükəsizliyi üçün istənilən nəticələrə və protokola əməl olunması qaydalarına aydınlıq gətirəcək.

Hələlik isə Azərbaycanın aidiyyəti qurumları məsələyə münasibət bildirməyiblər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN