Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il ötür.

TEZADLAR.AZ trt.net.tr-ə  istinadən xəbər verir ki, 6 fevral 2023-cü il tarixində saat 04.17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7.7 bal gücündə, Elbistan rayonunda isə saat 13.24-də 7.6 bal gücündə zəlzələ baş vermiş, 53 min 537 nəfər həyatını itirmiş, 107 min 213 nəfər yaralanmışdır.

"6 fevral 2023-cü il tarixində saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda 7.7 bal gücündə, Elbistan rayonunda isə saat 13.24-də 7.6 bal gücündə zəlzələ baş vermiş, 53 min 537 nəfər həyatını itirmiş, 107 min 213 nəfər yaralanmışdır.

Əsrin fəlakətinin birinci ildönümündə həyatını itirən vətəndaşlar məktəblərdə bir dəqiqəlik sükutla yad edilib.

Ölkə daxilində keçirilən müxtəlif tədbirlərlə isə ölənlərin xatirəsi yar edilir, həm də 120 min kvadratkilometr sahədə 14 milyon vətəndaşa birbaşa təsir edən zəlzələlərin fəsadları aradan qaldırılır.

Qeyd edək ki, təbii fəlakətdən dərhal sonra başladılan operativ humanitar yardım fəaliyyətinin iki əsas istiqaməti var idi – axtarış-xilasetmə və sağ qalanlara yardım. İşlərin çətin hissəsi təbii ki, axtarış-xilasetmə işlərinin aparılması, insanların bir an öncə dağıntıların altından çıxarılması idi. Bu məqsədlə Türkiyə bütün gücünü zəlzələ bölgəsinə səfərbər etdi. Lakin zamana qarşı bu yarışda ölkənin təkbaşına iştirakı kifayət edə bilməzdi. Odur ki, dünyanın hər yerindən Türkiyənin dördüncü səviyyəli beynəlxalq yardım çağırışına səs verildi. İlk gələn ölkə təbii ki, qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400-dən çox xilasedicisi zəruri avadanlıqlarla təmin edilərək dərhal zəlzələ bölgəsinə yola salındı. FHN-in 40-dan çox tibbi personalı ərazidəki səhra xəstəxanalarında yaralılara yardım etdi. Azərbaycan Ordusunun hərbi tibbi personalı da əraziyə səfərbər edildi",- deyə sayt yazır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN