Azərbaycanın Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumatda deyilir ki, bir neçə gün əvvəl- fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Görünür, onlar Hindistanla Azərbaycanın dövlət sərhədini səhv salıblar. Hindistanda sərhədi istənilən vaxt keçib Pakistana getmək olar, amma burda Azərbaycan sərhədçiləridir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN