"Təzadlar" ın saytının dünənki buraxılışında yayımlanmış  ""SOCAR PETROLEUM»UN BAŞ DİREKTORU MƏHKƏMƏYƏ VERİLİR…" yazısına şirkətdən cavab gəlib.  "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq aşağıda yayımlayırıq: "Şikayət edən vətəndaş Nazim Orucova cavab olaraq bildiririk ki, həmin sürücünün müraciətinə qısa zamanda geri dönüş edilmiş, məsələ ilə bağlı izah verilmiş və müvafiq dövlət orqanının iştirakı ilə məsələnin yerində aydınlaşdırılması üçün israrla dəvət edilmişdir. Lakin vətəndaş yalnız birinci gün gələcəyini qeyd etmişdir. Bir daha qeyd edirik ki, “SOCAR PETROLEUM” QSC-yə məxsus bütün yancaqdoldurma stansiyalarında yerləşən pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun mütəxəsisslərin iştirakı ilə dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanılır, yoxlamadan keçən avadanlıqlar (pompalar) müvafiq blomp və qalaqramlarla təmin edilir. Bu səbəbdən pompalara tərəfimizdən hər hansı müdaxilə edilməsi iddiası tamamilə əsassızdır. Bununla bağlı, məsələ adı çəkilən dövlət qurumunun öhdəliyi sayıldığı və birbaşa nəzarəti həyata keçirildiyi üçün məsuliyyət daşıyır. “SOCAR PETROLEUM” QSC olaraq şirkət adına belə iddiaların hallandırılmasına təəssüf edir, vətəndaşı qarşılaşdığı mənfi halla bağlı iddiasının araşdırılmasının tərəfdarıyıq. İstənilən zaman yanacaqdoldurma stansiyasında məsələnin izahı və sübutu üçün hazırıq.
Təşəkkür edirik!".
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN