Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinə səfər edərkən Rusiya qüvvələri şəhərə raket zərbəsi endirib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Yunanıstan "OEMA" portalı da bu barədə məlumat yayıb. Məlum olur ki, Rusiya qoşunları Ukrayna Prezidenti Vladimir Zelenskinin avtomobil karvanını hədəfə alıb, partlayış Baş nazir Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib. Yunanıstan nümayəndə heyətinin üzvlərindən heç biri xəsarət almayıb. Sitat: "Baş nazirin və ya Yunanıstan nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur", - hökumətin rəsmi mənbələri bildirib. Yunanıstanın dövlət naziri Stavros Papastavrou nəşrə verdiyi açıqlamada "Hamımız yaxşıyıq" deyib.

Odessada keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Zelenski isə raket hücumuna toxunaraq: "Hələlik bütün təfərrüatları bilmirəm, amma bilirəm ki, ölənlər və yaralılar var", - deyə söyləyib. Yunanıstanın Baş naziri də partlayış səsini eşitdiyi deyib: "Bizə çox yaxın ərazidə partlayış səslərini eşitdik. Sığınacağa getməyə vaxtımız yox idi; çox təsirli bir an oldu". 

 Aİ Şurasının Prezidenti Şarl Mişel "X" hesabında raket hücumu ilə bağlı paylaşım edərək: "Prezident Zelenski və Baş nazir Mitsotakisin səfəri zamanı Odessaya hücum Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsindəki qorxaq taktikasının növbəti göstəricisidir. Bu qınaq obyektidir. Aİ-nin Ukraynaya və onun cəsur xalqına tam dəstəyi səngiməyəcək".

Müharibə isə davam edir- dağıntıları və insan itkiləri ilə...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN