Ötən gün martın 20-də paytaxt Tbilisinin meydan deyilən ərazisində Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bayram mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Kaxa Qulediani, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın səfirləri, digər ölkələrin səfirliklərinin nümayəndələri, Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
 Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri Abanotubani küçəsində Novruz bayramı ilə əlaqədar xüsusi guşə yaradaraq milli-mədəni və incəsənət nümunələrini, Novruz atributlarını nümayiş etdiriblər. Tədbir iştirakçıları Azərbaycan guşəsini ziyarət edib, milli mətbəximizin ləziz təamlarından dadıblar.
 Səfir Faiq Quliyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva qonaqlara hədiyyələr təqdim ediblər. Sonra Novruz tonqalı alovlandırılıb. Milli xalçalar, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş meydanda Kosa və Keçəl duzlu-məzəli söhbətləri ilə tədbirə xoş ovqat qatıblar. Səfir Faiq Quliyev çıxış edərək Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O, xalqımızın Novruz bayramına verdiyi böyük dəyərdən danışıb, minilliklər ərzində bu bayramı sevə-sevə yaşatdığını bildirib.
 Qeyd edib ki, qədim köklərə malik bu bayram zəngin adət-ənənələri, bəşəri dəyərləri yaşadır. O bildirib ki, müstəqilliyimiz dövründə ilk dəfədir ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində - Xankəndidə, Şuşada, Laçında və işğaldan azad olunmuş digər rayonlarımızda təntənəli şəkildə qeyd olunur. Bu ərazilərdə yandırılan bayram tonqalları bir daha sönməyəcək. Səfir vurğulayıb ki, Gürcüstanın bölgələrində də bayram münasibətilə şənliklər keçirilir. Bu da Gürcüstanda qədim multikultural ənənələrin yaşadılmasının göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır. F.Quliyev Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr edilən tədbirdə iştirakına görə təşəkkürünü bildirib. Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze Novruz bayramı şənliyində iştirakdan qürur duyduğunu qeyd edib. Bildirib ki, Tbilisi tolerantlığın nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Şura sədri Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafını xüsusi vurğulayıb.
 Tbilisi şəhər merinin müavini Kaxa Guledani, Türkiyənin səfiri Ali Kaan Orbay, Ağsaqqalar Şurasının sədri İsak Novruzov və başqaları çıxışlarında bayram münasibətilə təbriklərini çatdırıblar. Daha sonra bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib. Abşeron rayon Xırdalan şəhər onbirillik və Lənkəran şəhər C.Cabbarlı adına Musiqi məktəblərinin, “Ceyran” rəqs ansamblının kollektivləri, ayrı-ayrı müğənnilər Azərbaycan və gürcü xalq, bəstəkar mahnılarını, rəqslərini ifa ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan səfirliyinin dəstəyi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Gürcüstandakı Azərbaycanlı Ağsaqqalar Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN