Nəhayət, daxili işlər naziri də paytaxtdakı cansıxıcı tıxaclardan danışmalı oldu...

"Gürcüstanda 1 milyon 711 min avtomobil qeydiyyatdadır və buna baxmayaraq şəhərdə tıxacın niyə yarandığına dair fikir formalaşır", - deyən daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxışı zamanı bildirib ki, son bir neçə il ərzində ölkədə avtomobillərin sayı təxminən bir milyon artıb: "2008-ci ildə Gürcüstanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 630 min, 2011-ci ildə 785 min olub. Bu gün Gürcüstanda 1 milyon 711 min nəqliyyat vasitəsi qeydiyyatdadır, nəqliyyat vasitələrinin sayı təxminən bir milyon artıb. Ayrıca motorlu nəqliyyat vasitələri ölümlə nəticələnən qəzaların tez-tez baş verdiyi hadisələrdən biridir. 2011-ci ildə 3100 motosiklet, bu gün isə 33552 ədəd motosiklet qeydiyyatdadır. Təbii ki, avtomobillərin sayı milyon, motosikletlərin sayı isə 30 minə yaxın artsa da, ölənlərin sayının artması pisdir. Şəhərdə niyə tıxac var deyə sual veririk. Gah meriyanı, gah da Kaladzeni günahlandırırıq. Əslində ölkədə avtomobillərin sayı çox artıb. Və təəssüf ki, bu avtomobillərin daha çox hissəsi paytaxtda idarə olunur... Buna qarşı iş görülməlidir. Axı paytaxtın mərkəzində nə var ki, hamı bura axışır. Deməli, həmin səbəb tapılmalı və aradan qaldırılmalıdır... Buna görə də tıxaclar və qəzalar artır...". 
 Nazirin sözlərinə görə, sürətin tənzimlənməsi və kameraların quraşdırılması olmasaydı, yol-nəqliyyat hadisələrinin sayı göstərici ilə müqayisədə 2-3 dəfə çox olardı: “Əgər biz kameraları montaj etməsəydik, sürət həddinə nəzarət olmasa idi ikili, üçlü yol qəzaları baş verərdi. Bu istiqamətdə qanun daha da sərtləşdirilməlidir. Mən bunun tərəfdarıyam”, - deyə Qomelauri bildirib.

Eyni vəziyyət Azərbaycanın paytaxtı Bakıdadır. Nazirin təbirincə desək, axı niyə hamı paytaxtın mərkəzinə axışır? Mərkəzdə nə var? Bax həmin səbəb tapılmalı və aradan qaldırılmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN