İslam və müsəlman dünyasının müqəddəs kitabı-inanc ünvanı olan Quranın bəzi Avropa ölkələrində təhqir edilməsinə az rast gəlməmişik...

Belə hərəkətlər həmişə qınanıb... İsveçdə də  bir neçə dəfə Qurani-Kərim kitabını xalqın gözü qarşısında yandıran iraqlı qaçqın Salvan Momika isə bu dəfə cəzalandı- Norveçdə ölü tapıldı. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə “The Economic Times” nəşrində məlumat verilib.

 Məlumata görə, iraqlı qaçqın və Quran tənqidçisi Salvan Sabah Matti Momika daha əvvəl İsveçin deportasiya əmrindən sonra Norveçdən sığınacaq istəyib. Momikanın hərəkətləri qlobal səviyyədə hiddət doğurub və İsveçin NATO-ya daxil olmasını gecikdirib. O, ölkədən getməsinin səbəbi kimi, İsveç hakimiyyət orqanlarının onu təqib etdiklərini deyib. “Momikanın ölümü, söz azadlığı və sığınacaq hüquqları ilə bağlı beynəlxalq müzakirələrə səbəb olan mübahisəli fiqurun sonu deməkdir”, - deyə nəşr yazıb.

Bu da insanların müqəddəs inancına əl uzatmağın sonu...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN