Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair, publisist, tərcüməçi,

AYB-i Quba bölməsinin və “Ay işığı” ədəbi məclisinin sədri Ramiz Qusarçaylı Mərkəzi Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində kitabxanaya şeir təqdim etdi.

Müəllif “Sən arıya nə verdin ki?” şeirini təbiətin ən zəhmətsevər canlılarından olan arılara həsr edib. Şair insanları ana təbiəti qorumağa, onun hər bir canlısının qədrini bilməyə səsləyir. Bezar-bezar bağlar, uralanmış tağlar qoyan, ətəyinə haram yığan insanları təbiətin verdiyini ödəməyə çağırır.

SƏN ARIYA NƏ VERDİN Kİ?

 

Əl uzatdın pətəyinə,

Sən arıya nə verdin ki...

Haram yığdın ətəyinə

Sən arıya nə verdin ki...

 

Qəfəs verdin yol yerinə,

Xəzəl verdin gül yerinə,

Şərbət verdin bal yerinə,

Sən arıya nə verdin ki...

 

Qamarlayıb son şanı da,

Qıymadın boz yovşanı da,

Bezdirmisən kövşəni də

Sən arıya nə verdin ki...

 

Bezar-bezar bağlar qoydun,

Uralanmış tağlar qoydun,

Anasını ağlar qoydun

Sən arıya nə verdin ki...

 

Toza versin, südə versin, –

Nə verdin ki, nə də versin...

Verdiyini ödə, – versin

Sən arıya nə verdin ki...

 Təqdim etdi:  Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN