Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Azərbaycanın “Azərsun Holdinq”in qurucusu və Müşahidə Şurasının sədri Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Sahibkarlıq fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilən Abdolbari Gozal, həmçinin Ulu Öndərin irsinin yaşadılması üçün həyata keçirilən bir çox layihənin təşəbbüskarıdır.

Qeyd edək ki, müasir Azərbaycanda özəl sektorun inkişafına mühüm töhfələr verən Abdolbari Gozal, 20 il öncə, iş adamları arasında ilk dəfə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-cı ildə “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN