Bu şəkillər 30 ildən çox Ermənistan işğalında qalan Azərbaycanın anklav olmayan 4 kəndindən birinə aiddir. Tamamilə dağıdılıb və xarabalığa çevrilib.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
Deputat vurğulayıb ki, Ermənistanın işğalı nəticəsində yüzlərlə xarabalığa çevrilmiş yaşayış məntəqələrimiz var, hansı ki, Azərbaycan onlara yeni həyat vermək üçün yalnız öz vəsaitini xərcləyir və heç bir dövlətdən də yardım almır.
"Bütövlükdə, işğal nəticəsində Azərbaycanın 900-dən çox yaşayış məntəqəsi dağıdılaraq məhv edilib.
İşğal Azərbaycan iqtisadiyyatına yüz milyard dollarla ziyan dəyib. Bu ziyanı isə Azərbaycan hər hansı kənar dəstək olmadan öz daxili maliyyə mənbələri hesabına qarşılayır", - deyə o qeyd edib.
Vüqar Bayramov "Brüssel görüşü" təşkli edənlərə də səslənib:
"Xarabalığa çevrilmiş ərazilərə yenidən həyat qayıdır. Niyə bu ərazilərin və ən əsası ədalətin bərpası üçün daha səmimi Brüssel görüşü təşkil edilmir?", - deyə deputat sual ünvanlayıb.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN