"Babam mənə kor deyib...", göydələnlər tik deyib...

İndi Bakının olan-qalan tarixi memarlığı, mədəni irsi... göydələnlər eşqinə düşənlərin tamahının qurbanı olmaqdadır... Maraqlısı budur ki, bunu hamı görrür, eşidir, danışır, amma qarşısını alan yoxdur... Budur, həmin tamahkarlar Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində ("Təzə Pir"in yanında) yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsünə girişmişlər. Amma bu tarixi binanın söküntüsü bu dəfə dayandırıldı. Sən demə Filankəs müəllimin həmin binanın yerinə gözü düşüb və göydələn tikdirmək istəyir...

Bəli, Bakı zorlanır, daxilə yüklənir, necə gəldi tikilir... İşə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də qarışdı. Və əraziyə qurumun əməkdaşları tərəfindən baxış da keçirilib. Məlum olub ki, aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaq. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq. 

Yaxşı, adı çəkilən xidmət indi niyə duyuq düşüb? Axı söküntü o mərhələdədir ki, deməli, xeyli vaxt imiş bu binanın başı üzərində "Qara buludlar" dolaşırmış... Və belə binaların siyahısı yoxdur ki, söküntüyə, yəni buldozerin qabağına veriləndə görsünlər ki, nəyi dağıdırlar?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN