Rəsmi Ermənistan gec də olsa haqq yolunu tutmağa könül verdi və Qazaxın 4 kəndinin qan- qadasız geri qaytarılmasına razı oldu...
"Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq”,- deyən ABŞ- ın dövlət katibi Antoni Blinken özünün “X” sosial şəbəkəsindəki hesabında maraqlı status paylaşıb. "Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - deyə Blinken qeyd edib.
Bəli, Ermənistanın baş naziri Paşinyanın atdığı bəzi addımları separatçı niyyətlilər qəbul ettməsə də, lakin o Ermənistanı məhv olmaq təhlükəsindən xilas etmə yolunda bu dəfə də doğru addım atdı. Hər halda, Paşinyan Makron deyil və onunla müqayisədə xeyli üstün dünyagörüşə malikdir və bilir ki, Azərbaycan daha bir hərbi əməliyyata əl atsa, ordu İrəvanda Azərbaycan bayrağını dalğalandıra bilər. Deməli, qonşularla erməni dilində deyil, elə dost və qonşu dilində də danışmaq, ölkəni xaos və bataqlıqdan çıxarmaq lazımdır...
A.Məmmədli