Bakı bu səhəri də tıxacla açmalı oldu... Belə ki, paytaxtın bir sıra yolları tıxaclara yüklənib...

Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla həmin nisbi siyahını təqdim edir:  

1. Heydər Əliyev prospekti mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Artıq paytaxt yolları da tıxaclara vərdiş etməkdədir. Yollarda tıxac olmayanda sürücülər özlərini narahat hiss edirlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN