Kiber oğurluq haqqında az qala hər gün onlarla fakta rast gəlinir...

Aparılan izahatlara, başasalmalara və maarifləndirilmələrə baxmayaraq, vətəndaşlar yenə də dələduzların toruna düşür... Daxili İşlər Nazirliyinin idarə rəisi Elşad Hacıyev sosial platformasında bu gün eyni problemə toxunub. Sitat: "...Daha bir kiber oğurluq halı diqqət çəkir. Bir fakt üzrə zərər 21000 mant təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün onunla danışıqlar-müzakirələr aparırlar. Nəhayət, "razılşır" və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar. Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar...".

Nə yaxşı ki, evi ələ keçirməyiblər... 

Bir daha vətəndaşların bank kartı ilə zarafat kimi davranmaması tövsiyyə olunur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN