Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etmək üçün Avropa Sülh Fonduna yönəldiləcək.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell mətbuat konfransında deyib. Sitat: “Nəhayət, bizə aylardır ehtiyacımız olan yekdillik lazımdır. Mən dünən Xarici İşlər Nazirləri Şurasında bu barədə danışmışam, bu gün də bunu etdik. İstifadə edilmisini gözləyən 6,6 milyard avro var və bunun üçün lazım olan bütün alətlər hələ də təsdiqini gözləyir. Bunlar tezliklə baş verəcək.
Ukrayna cəbhəsində müharibə davam edir. İtkiləri, dağıntıları ilə bərabər...
A.Məmmədli