ABŞ Avropa Birliyinin (Aİ) müdafiə siyasəti ilə bağlı səriştəsizliyinin bədəlini ödəməyəcək.
Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan “Anadolu” agentliyinin suallarını cavablandırarkən deyib.
“ABŞ prezidenti Donald Trampın yeni baxışı budur ki, “bir dəqiqə gözləyin, amma mən sizi kürəyimdə daşımalı deyiləm, müdafiə və siyasətdəki səriştəsizliyiniz üçün əvəzini ödəməli deyiləm”. Tramp ciddi siqnal göndərir”, - diplomat qeyd edib.
Fidanın sözlərinə görə, Türkiyə uzun müddətdir ki, bunu Avropa Birliyinin sistemli uğursuzluğu elan edir. Bundan əlavə, nazir vurğulayıb ki, bu gün Aİ ABŞ-ın “çətiri altında” fəaliyyət göstərir.
Bundan əvvəl Hakan Fidan ABŞ prezidenti Donald Trampın Qəzza zolağı sakinlərinin Misir və İordaniyaya köçürülməsi ideyasını qəbuledilməz adlandırıb. O, İsrail-Fələstin münaqişəsinin məhz bu səbəbdən başladığını vurğulayıb.
E.ŞİRİNOV