Gözlənildiyi kiki, Birləşmiş Ştatlar Gürcüstanın hökumət üzvlərinə və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edir.
Tezadlar.az Gürcüstan XİN- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller brifinqdə açıqlayıb. O vurğulayıb ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və bu paketə Gürcüstanın hakim partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və bəzi fiziki şəxslər daxildir: “Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, – deyə sözçü vurğulayıb. O, bildirib ki, viza məhdudiyyətləri yalnız ilk addımdır - dönüş üçün hələ vaxt var: ABŞ-ın verəcəyi digər qərarlar Gürcüstanın seçdiyi siyasətdən asılı olacaq.
Gürcüstanın hazırkı hakimiyyətinin söz sahibi olan qanadı isə bu siyasətdən çox kənardır. Ölkə siyasətindəki ikitirəlik ciddi beynəlxalq problemlərə yol açmaqdadır.
A.Məmmədli