İrandan Ermənistana strateji yüklərin göndərilməsi əvvəllər gizli olurdusa, yəni Azərbacan tərəfinin qeydə alması mümkünsüz idisə, indi ordumuzun atalıq qayğısı sayəsində bu işlər sadələşib.

Amma İrandan terrorçu ölkəyə belə yüklərin göndərilməsi Azərbaycanda ciddi etirazlarla müşaiyət olunur. O dərəcədə ki, bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev ikinci dəfədir İranın Azərbaycandakı səfirini yanına çağırıb söhbətləşir.

 Tanınmış hərbi ekspert Ədalət Vəliyev sosial mediada bu məsələyə sərt münasibətini sərgiləyib: «…İran prosesləri yalnış istiqmətə yönləndirməyə çalışır. Bu cəhd İran Prezidentinin rəsmi bəyanatları, rəsmi qurumların fəaliyyəti ilə daban-dabana ziddir. Onsuz da 2-3 ölkədən başqa İrana salam verən yoxdur. Bu məsələlərə İranda yaşayan soydaşlarımız da münasibət bildirməlidir.

Bu günün sabahı da var. İndiyə qədər kimsəyə borclu qalmadıq. İran və ya Rusiya kimisə dəstəkləməklə xoşbəxt edə bilsə idi, əvvəlcə öz vətəndaşlarına gün ağlayardı. Zaman bütün daşları öz yerinə oturdacaq. İran riyakarlıqdan əl çəkməyə də məcbur qalacaq…».

Bu tarixin bir anı kimi diqqətdə qalası fikirlər və qənaətlərdir. Amma hər şeyin də bir zamana ehtiyacı var. İran o tayda ABŞ-ı, özündə 60 minlik Azərbaycan türkünü, bu tayda 80 milyonluq Türkiyə ilə qardaş olan 10 milyonluq Azərbaycanı gözünün altına almalıdır…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN