Doktorluq dissertasiyasında Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətinin tezliklə iflasa uğrayacağını yazan rektor Ədalət Muradov Prezident İlham Əliyevin iqtisadi siyasətini indi necə tərifləyir???

...Keçək mətləbə: Bu gün-sentyabrın 16-da Ağdamda 10-cu Beynəlxalq elmi-praktik konfrans baş tutub. “Təzadlar” KONFRANSIN PROQRAMINI əldə edib. “QARABAĞDA YENİ İQTİSADİYYAT QURUCULUĞU: AĞDAMDAN İNKİŞAF İMPULSLARI” adlı I Beynəlxalq elmi-praktik konfransın təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu, AMEA İqtisadiyyat İnstitutudur. Bu günkü konfransda Prezidentin Xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev və AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov) açılış çıxışı ediblər.

Plenar iclasa isə Nazim Müzəffərli (İmanov) “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” və AMEA İqtisadiyyat İnstitutu “Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin rəhbəri, AMEA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev qısa məruzələr ediblər. Sonra çıxışlar olub. Maraqlıdır ki, bu dəfə aparıcılığı rektor Ədalət Muradov edib. Ə.Muradovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ Konfrans iştirakçıları adından müraciət mətni qəbul edilib.

 111 elmi məruzəçinin indiyədək Ağdam və Ağdam iqtisadiyyatı barədə hansısa elmi məqaləsi, araşdırması olubmu???

 Onu da xatırladaq ki, Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılıb:

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

- Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı.

Nəhayət, sabah-17 sentyabr 2021-ci il tarixdə, saat 10:00-da Konfrans  videoformatda davam etdiriləcək. Moderatorluğu prof. Nazim Müzəffərli (İmanov) edəcək. Videokonfransda aşağıdakıların məruzəsi gözlənilir. Yəni, proqrama salınıblar. Nə az, nə çox, 111 çıxışçı. Bilmirəm, bu qədər məruzəçinin gün ərzində çıxışı mümkündürmü, bunu qoyuruq bir kənara. Məsələ nədədir: Konfransın mövzusu Ağdam iqtisadiyyatıdır. 111 elmi məruzəçi var. Bəs onların indiyədək Ağdam və Ağdam iqtisadiyyatı barədə hansısa bir tutarlı elmi məqaləsi, araşdırması olubmu???

 Niyə məruzəçilər arasında Ağdamın elmi-iqtisadi potensialını dərindən bilən və Ağdamda doğulmuş dünya şöhrətli alim Rafiq Əliyev yoxdur???

 Aşağıda məruzəçilərin tam siyahısını təqdim edirik. Diqqəti çəkən odur ki, məruzəçilərin böyük əksəriyyəti rektor Ədalət Muradovun işçiləri, tabeliyində şalışanlardır... Hətta onların sırasında magistrlər var, amma elmi fəaliyyəti dünyaya səs salan AMEA-nın müxbir üzvü Rafiq Əliyevin və digərlərinin adı yoxdur. Biz demirik ki, bütün məruzəçilər Ağdamda yaşamış, onun iqtisadiyyatını və iqtisadi potensialını yaxşı tanıyanlar olmalıdır... Amma deyirik ki, doktorluq dissertasiyasında (1998-də yazıb) Heydər Əliyev hakimiyyətini naşı siyasət yeretməkdə qınayan, Azərbaycanın tezliklə bu siyasət sayəsində “Banan Respublikasına” çevriləcəyini yazan Ədalət Muradov indi hansı haqla İlham Əliyevin iqtisadi siyasətinin aparıcı simasına çevrilir???

Bu qənaətlə və sualla barışmayanlara həmin dissertasiyanın tam mətnini (Kiyevdən tapılıb gətirilib)  təüdim etməyə hazırıq. Amma əvvəlcə bu məruzəçilərin siyahısına nəzər salın, sonra yazının axırında indi Azərbaycan hakimiyyətini az qala əlini Qurana basıb tərifləyən, başı üzərində Heydər Əliyevin iri portretini asan rektor Ədalət Muradovun doktorluq dissertasiyasında Heydər Əliyev-İlham Əliyev komandasının necə ələ salınıb biabır edildiyinin şahidi olacaqsınız:

SABAHKI VİDEOKONFRANSIN MƏRUZƏÇİLƏRİ:

  1. Abbasov Ali Mammad, academician, doctor of technical science, professor (Institute of Control Systems of ANAS) , Aliyev Elchin, academician, doctor of technical science, professor (Institute of Control Systems of ANAS) - Cluster approach for the regeneration of the Karabakh territory liberated from the Armenian occupation
  2. Abdinov Orman– (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dayanıqlı inkişaf və sosial siyasət şöbəsi Dayanıqlı inkişaf məsələləri sektorunun baş məsləhətçisi, Azərbaycan Dövlət İqtisad Universiteti Daxili fiskal siyasət və dövlət maliyyəsidoktorant) - Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər
  3. Abdullayeva Şəfəq, i.f.d., dosent (Azərbaycan Dillər Universiteti ) - Ağdamda turizmin yenidən təşkili
  4. Ağakişiyeva Günəş, c.ü.f.d., dos. (AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu) - Ağdamda kənd təsərrüfatının inkişaf imkanları
  5. Aliyev Elchin, doctor of technical science, professor (Institute of Control Systems of ANAS), Osmanov Farid - (General Director, Central Bank of Azerbaijan), Aliyev Elmar, phd of technical science (Institute of Control Systems of ANAS) - Financing innovative development of the Karabakh region within the framework of cluster initiatives
  6. Alıyev Xətai, i.ü.f.d., b/m ( UNEC Empirik Tədqiqatlar Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti) - Vətən müharibəsində qazanılan zəfərin sosioloji təsirləri və Qarabağda iqtisadiyyat quruculuğunda əhəmiyyəti
  7. Alıyev İsa, i.e.d.,prof (AMEA İqtisadiyyat institutu), Rüstəmov Famil, i.ü.f.d ( AMEA İqtisadiyyat institutu) - İşğaldan azad edilmiş ərazilərdə aqrar iqtisadiyyatın yenidən qurulmasının təməl prinsipləri haqqında
  8. Allahverdiyev Elxan, dosent (Azərbaycan Dövlət Aqrar Universiteti) - Bölgə iqtisadiyyatının inkişafında aqroiqlim ehtiyatlarının rolu
  1. Allahverdiyeva Aynurə – (Azərbaycan Dövlət Dəniz Akademiyası) - Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi müasir dövrün aktual problemidir
  2. Atakişiyev Müşfiq, i.e.d., professor (AMEA İqtisadiyyat institutu “xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri) - Kiçik və orta biznesin postkonflikt zonaların inkişafında rolu
  3. Babayev Cavid – (“Report” İnformasiya Agentliyi) - Qarabağda yaşıl enerji potensialı və görüləcək işlərin təhlili
  4. Babayev Əlican – (Azərbaycan Dövlət İqtisad Universiteti ) - Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi potensialı: prioritetlər və gözləntilər
  5. Bağırov Mübariz, i.e.d., professor (Azərbaycan Dövlət İqtisad Universiteti) – Post müharibə dövründə Ağdamın inkişaf perspektivləri
  6. Bağırzadə Cavid - tarixi üzrə fəlsəfə doktoru (Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti) - Qarabağ bölgəsinin tarixi ərazisi və erməni işğalı nəticəsində dəymiş maddi-mənəvi ziyanlar haqqında
  1. Bayramov Şahin, i.f.d. (Mingəçevir Dövlət Universiteti ) - Ağdamda yeni iqtisadiyyat quruculuğunda təhsilin rolu
  2. Cavadov Ramiz, i.f.d. ( Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat” kafedrasının dosenti), Yusifov Yusif i.f.d. ( Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat və statistika” kafedrasının dosenti) - Postpandemiya dövründə dayanıqlı inkişafın təmin edilməsinə qlobal rəqabət qabiliyyəti mühitində yeni baxış
  3. Əhmədov Elçin, siyasi elmlər doktoru, professor (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) - Azərbaycanın ikinci Qarabağ müharibəsində tarixi qələbəsi: hərbi-diplomatik və informasiya məkanında uğurlar
  1. Əhmədov Elşan, i.ü.f.d. dos.( ARPDİA, Azərbaycan Respublikası,UNEC, Azərbaycan Respublikası) - Qarabağ iqtisadi rayonun su resurslarının dayanıqlı idarə edilməsi (Ağdam rayonu timsalında)
  2. Əhmədov İnqilab - UNEC, dosent (Xəzər Universiteti, professor) - İşğaldan azad edilmiş ərazilərin bərpasında dövlət infrastruktur və sosial layihələrin səmərəliliyinin artırılması yolları
  3. Əhmədov Nəsimi, i.f.d., dosent (AMEA İqtisadiyyat İnstitutu) - Qarabağda bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf perspektivləri
  4. Əhmədova Rəhilə – (Sumqayıt Dövlət Universiteti), Babayeva Tünzalə Məmməd – (Sumqayıt Dövlət Universiteti), Abdullayeva Maya Yadigar – (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) - İşğaldan azad olunmuş Qarabağda biomüxtəlifliyin bərpa olunması
  5. Əlirzayev Əli, i.e.d.prof (UNEC), Qurbanova Fəridə, i.e.n.,dos (UNEC), Əlirzayev Emin, i.e.n. (UNEC) - Qarabağ iqtisadi regionunun sosial inkişaf problemləri
  6. Əliyev Ümüdvar- i.e.d. prof., Quliyeva Günay – i.f.d. ( Azərbaycan Dövlət İqtisad Universiteti) –Qarabağın bərpa prosesində ağıllı şəhər-ağıllı kənd konsepsiyasının tətbiqinin iqtisadi faydaları
  7. Əliyev Azad - (Facility Management Group MMC-nin(Pasha Group) Sağlamlıq, Əməyin və Mühitin Mühafizəsi şöbəsinin meneceri) - Qarabağ iqtisadi rayonunda infrastruktur obyektlərinin və çoxməznilli yaşayış binalarının idarə edilməsi və istismarı
  8. Əliyev Əlövsət – dosent (AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri) -"Qarabağ iqtisadiyyatının bərpası və inkişafında rəqəmsal transformasiya məsələləri"
  9. Əliyev Şəfa - professor, i.e.d. (Sumqayıt Dövlət Universiteti) – Ağdamda yeni iqtisadiyyat quruculuğunun strateji aspektləri və prioritetləri
  10. Firuz Əhməd oğlu-Qurbanov, i.f.d. (Qərbi Kaspi Universitetinin baş müəllimi), Züleyxa Zahid qızı Heydərova – (Qərbi Kaspi Universitetinin magistrı) - Ağdam şəhərində turizmin inkişafı Qarabağda turizmin təməlidir
  11. Guliyeva Aida, professor (Azerbaijan State University of Economics), Rzayeva Ulviyya, professor Azerbaijan State University of Economics) - Smart cities: development prospects in the Karabakh region of Azerbaijan
  12. Hacıyev Ceyhun - i.f.d.( AMEA İqtisadiyyat İnstitunun elmər doktoru üzrə doktorantı, ADİU “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi) - Ağdam rayonunda istehsal müəssisələrinin bərpası və inkişafı
  13. Hacıyeva Leyla– (Azərbaycan Dillər Universiteti doktorant, Aqrar Tədqiqatlar Mərkəzi) - Ağdamda üzümçülük və şərabçılığın yenidən bərpası
  1. Həsənov Niyazi - i.e.d. dos. ( UNEC “Biznesin idarə edilməsi” kafedrası) – Ağdam rayonunda tətbiq ediləcək investisiya layihələrinin strategiyalarının hazırlanması zamanı təsnifata sistemli yanaşma
  2. Həşimova Albina – (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan) - İşğaldan azad olunmuş ərazilərin yenidən bölgü proseslərinə sosial aspektdən baxış
  3. Huseynov Fariz, PhD, Finance (Professor of Finance and Faculty Fellow for the Challey Institute for Global Innovation and Growth, North Dakota State University), Mitchell Jeanene, PhD, Political Science and Area Studies (Visiting Scholar, Ellison Center for Russian, East European and Central Asian Studies, University of Washington; Co-Founder and Executive Director, Restart Initiative) - Blockchain for water management and sustainable economic development in smart cities: applications for Ağdam and Karabakh
  4. Hüseyn Afaq, i.e.n., dos (Azərbaycan Dövlət İqtisad Universiteti) - Qarabağın yenidən qurulmasının və innovativ inkişafının təmin edilməsi mexanizmləri: idarəetmə, istehsal və infrastrukturun təşkili
  5. Hüseynov Əkbər– (AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi) - Azərbaycanda robot iqtisadiyyatının yüksəlişində Ağdam rayonunun gələcək rolu
  6. Hüseynov Natiq, i.f.d. namizədi (UNEC Ümümi İqtisadiyyat) - Ağdamda Kənd Təsərrüfatı Sektorunda Süni İntellektin İnsan Resurslarının İdarə Edilməsində Tətbiq Edilməsi
  7. Hüseynova Arzu– (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu), Süleymanova Əlvan - (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu), Ələkbrov Elnur – (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu) – İşğaldan azad olunmuş ərazilərdə istehsal potensialından səmərəli istifadə istiqamətlər
  8. Hüseynova Xatirə, i.e.d. (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru) - Azərbaycanda yeni regional siyasətin formalaşdırılmasında Qütbləşmiş və İnnovasiyalı inkişaf prinsipi
  9. Xankişiyeva Ellada – (AMEA-nın İqtisadiyyat İnstitutu, elmi işçi) - Qarabağin iqtisadi inkişafı yeni geosiyasi reallıqda
  10. Xəlilov Yasin, t.e.n., dosent ( Bakı Mühəndislik Universiteti) - Ağdamda inşaat materialları istehsalının kompleks təşkili haqqında
  1. Xəlilova Vəsilə – (ƏƏSMN nəzdində 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri) - İşğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin işədüzəltmə imkanlarının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
  2. Xudiyev Nizami, i.f.d., professor (Azərbaycan Dövlət İqtisad Universiteti) - “XXI əsrin ortalarına doğru Qarabağ iqtisadi rayonunun maliyyə potensialının formalaşmasının substantive elmi - empirik ssenarisi”
  3. İbrahimov Rövşən, Prof. Dr. ( Reqionşünaslıq üzrə Hanquk Universiteti) – Ağdam şəhərin “ağıllı şəhər” konstektsində yenidən qurulması və bu layihənin həyata keçirilməsi istiqamətində koreyanın “ağıllı şəhəri” olan sonqdo (songdo) şəhəri ilə müqayisəli təhlil
  4. Ismailov Ilgar – (İnternational Academy of Systemology), Jafarov Gambar – (İnternational Academy of Systemology), Valiev Kumrakh - (İnternational Academy of Systemology) - Some Prospects for Balanced Economic Development of the Karabakh Region
  1. İsmayılov Altay, i.f.d., (Azərbaycan Dövlət İqtisad Universiteti, Bilik iqtisadiyyatı UNEC tədqiqat mərkəzi), Qasımov Əhliman– (Doktorant, Azərbaycan Dövlət İqtisad Universiteti, Bilik iqtisadiyyatı UNEC tədqiqat mərkəzi) - Əhmədova Emel– (Magistrant, Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi) - Qarabağın quruculuq işlərində innovasiya və rəqəmsallaşmanın tətbiqi imkanları
  2. İsmayılov Bəhruz– (Vətən müharibəsi iştirakçısı, elmi işçi, AMEA İqtisdiyyat İnstitutu.Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzi) - Kənd təsərrüfatı Qarabağ iqtisadiyyatının aparıcı sahəsi kimi
  1. İsmayılov R. – (“Azərsu”ASC-nin “Sukanal”Elmi-Tədqiqat və Layihə İnstitutu) – Qarabağ çaylarının hidroloji rejim xüsusiyyətləri və ərazinin davamlı inkişafında çayların su ehtiyatlarının rolu
  2. İsmayılova Səhər – (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müdavimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, Ağdam rayonundan məcburi köçkün) - Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafı və onun resurs potensialı
  3. Kazımov Mirəli - hüquq üzrə elmlər doktoru, dosent ( Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən), Fərzəliyeva Süsən - i.f.d. (UNEC Ticarət və Gömrük kafedrasının 0.5 ştat Baş müəllimi) - Qarabağa böyük qayıdış: işğalçı dövlət tərəfindən vurulmuş zərərin ödənilməsinin hüquqi əsasları kontekstində
  4. Kərimli Afaq – (Azərbaycan Dövlət İqtisad Universiteti, doktorant) İnsan kapitalının formalaşmasında Qarabağ universiteti Azərbaycanın rəqəmsal transformasiyasini təmini rolunda
  5. Kərimli İrşad, i.e.d., professor (UNEC) - Qarabağ regionunda emal sənaye, kənd təsərrüfatı və infrastrukturun mərhələli və ardıcıl bərpasına müvazinətlı yanaşma
  6. Krnjević Mišković, Damjan – (Professor of Practice and Director of Policy Research and Publications ADA University) - Geopolitics, statecraft, and the renewal of Aghdam
  7. Qafarov Kənan, h.e.n. (Kenan Consalting Company ASC), Əmirov İmran Balamirzə - (Sumqayıt Dövlət Universiteti) - Ağdam rayonunda iqtisadiyyatın inkişaf perspektivləri
  8. Qənbərov Fuad - i.e.d.( AMEA İqtisadiyyat İnstitutu "Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsi") - Zəngəzur dəhlizinin regional iqtisadi əlaqələrə təsiri
  9. Quliyev Asiman, dos., i.f.d., Cəfərov Elxan Orxan, i.f.d - О ВОССТАНОВЛЕНИИ И ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ПОТЕНЦИАЛА СЕЛЬСКОГО ХОЗЯЙСТВА НА ОСВОБОЖДЁННЫХ ОТ ОККУПАЦИИ ТЕРРИТОРИЯХ В АГДАМСКОМ РАЙОНЕ
  1. Quliyev Cəlil - baş elmi işçi, i.f.d., dosent (AMEA İqtisadiyyat İnstitutu) - Ağdamda 1990- 2000-ci illərdə əhalinin təkrar istehsalında baş verən dəyişikliklərin təhlili və qiymətləndirilməsi
  2. Qurbanov Pərviz, i.f.d. (Qərbi Kaspi Universitetinin professoru), Abasov Elçin, i.f.d. (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti), Çobanova Aygün – (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrı) - Nəqliyyat axınlarının riyazi modeli proqramı
  3. Mammadli Farid – (Department of Economics, Budapest Business School) - The Impact of The Second Karabagh War on Azerbaijanian Economy and Policy Considerations for Macroeconomic Recovery
  4. Mehdi Şamil, i.f.d. (“4 İn”MMC) - İşğaldan azad edilmiş ərazilərın bərpa və inkişaf proqramının sosial hesablar matrisi (shm) əsasında hazırlanması vacibliyi
  5. Mehdi Şamil, i.f.d. (“4 İn”MMC), Nəbiyev Sadıx – (AMEA Rəyasət Heyəti aparatının elmi katibi), Mehdiyev Nicat – (“4 İn”MMC) - İşğaldan azad edilmiş ərazilərdə publik idarəetmə üçün süni intellekt sistemlərinin konseptual əsasları və tətbiq imkanları
  6. Məhərrəmov Rəşad - s.e.ü.f.d (Azərbaycan Dövlət İqtisad Universiteti) - Azərbaycanın işğaldan azad olunmuş ərazilərində prioritetlər və gözləntilər.
  7. Məmmədov Coşqun – (doktorant, Xəzər Universiteti AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentin xidmətində Elmi katib) - İşğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı sosial- iqtisadi inkişafında bərpa olunan enerji mənbələrinin əhəmiyyəti
  8. Məmmədov Nazim - t.e.d. ( AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin baş elmi işçisi) - Ağdamın işğaldan azad edilməsi və dəhşətli vandalism Faktları [Qafqazın Xirosiması]
  9. Məmmədov Yaşar - i.f.d., dos.( AMEA İqtisadiyyat İnstitutu)– Ağdamın və bütövlükdə Qarabağın təbii resurslarına dəymiş zərərin qiymətləndirilməsində ekoloji auditin istifadə imkanları
  10. Məmmədov Zahid, i.e.d. (UNEC department direktoru, UNEC İslam Maliyyə Mərkəzinin direktoru) - Ağdamda yeni iqtisadiyyat quruculuğu: Ağdam Forumu, faizsiz bankçılıq, ənənəvi moda və halal qida və “Liberal Arts” modelinə əsaslanan Qarabağ Universiteti haqqında mülahizələrim
  11. Məmmədova Güntəkin - (AMEA-nın dissertantı) – Hiroşimanı “kölgədə qoyan” Ağdam
  12. Məmmədova Ş. – (Bakı Dövlət Universiteti) - Ağdam rayonunun iqtisadi-coğrafi potensialı və onlardan istifadə imkanları
  13. Mirzəyev Emil – ( Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi) -Post-konflikt zonalarında rəqəmsal-aqrar iqtisadiyyatın formalaşması və inkişafı məsələləri
  14. Mirzəyev Ələkbər – (Bakı Dövlət Universiteti) AĞDAM – Qarabağın sənaye mərkəzi
  15. Mirzəyev Hikmət – (doktorant, AMEA İqtisadiyyat İnstitutu) -Qarabağ iqtisadi rayonuna xarici investisiya yatırımlarının cəlb olunması perspektivləri
  16. Murtuzazade Amin – (Azerbaycan Cumhuriyyeti Ekonomi Bakanlığı) - Karabağ'ın potansiyelinden faydalanmak içik kaynaklar
  17. Musayev Akif– (Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nin müxbir üzvü) - Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması
  18. Nabiyeva Irada, PhD candidate (Azerbaijan State University of Economics ) – Working opportunities in the regions of Azerbaijan liberated from occupation
  19. Nadir MAZLUM – (Samsun Su ve Kanalizasyon İdaresi Genel Müdürlüğü İçme suyu Dairesi Başkanı) - Evvela SU, İlle de SU
  20. Nəbiyev Bəxtiyar – (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Heyvandarlıq Elmi – Tədqiqat İnstitutunun Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşı) - II Qarabağ müharibəsindən sonra azad olunmuş regionlarda iqtisadi və ekoloji vəziyyətin bərpasına dair mülahizələr
  21. Nəbizadə Aynur – (Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstitunun doktorantı) - İşğaldan azad olunmuş zonalarda turizm potensialının qiymətləndirilməsi və onun inkişaf istiqamətləri
  22. Ozkaleli, F. Murat, Ph.D. ( School of International and Public Affairs, ADA University) - The Last Mile For Reintegration: Building Soft-Infrastructure for Liberated Karabakh
  23. Rəmzi Elbrus, i.f.d dosent (AMEA İqtisadiyyat İnstitutu) - Ağdam şəhərİ və onun gələcək inkişafına ümumi baxış
  24. Rüstəmov Elvin – (Geo-Su Group, direktor) - Ağdam şəhərinin sənaye zonasında su mənbələri üzrə texnika və texnologiya müəssisələrinin yaradılması imkanları
  25. Rüstəmov Famil, i.ü.f.d (AMEA İqtisadiyyat institutu) - Ağdamın aqrar potensialı, prioritetlər, inkişaf perspektivləri
  26. Rüstəmova Vəfa – (AMEA İqtisadiyyat İnstitutun elmi işçisi) - Qarabağ və ətraf rayonları yeni iqtisadi inkişaf mərhələsində
  27. Rzayev Murad – (Azərbaycan Texniki Universiteti) - Enerji qənaəti üçün maliyyə və iqtisadi təşviqlərə dair tövsiyələrin işlənməsi
  28. Rzayev Murad– (Azərbaycan Texniki Universiteti), Cavad Əzimov – (Azərbaycan Texniki Universiteti) - Geotermal enerji və ondan istifadə imkanları
  29. Sadiqov Elnur, i.f.d. ,professor (Azərbaycan Dövlət İqtisad Universiteti) - Ağdamın bank sektorunda yeni texnologiyalarin tətbiqi perspektivləri
  30. Salmanov Ceyhun– (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Agentliyin sədr müavini) – Qarabağda innovativ - iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri
  31. Samadov Adalat - Doctor of Technical Science, professor (National Aviation Academy of the Republic of Azerbaijan), Mamedli Ayaz – (Technical Director, INTELPRO LLC), Aliyev Murad – (Technical Assistant, INTELPRO LLC) - Utilization of drones for innovative development of infrastructure and agriculture in the Karabakh region
  32. Səmədov Məhəmməd, Aqrar elmlər üzrə fəlsəfə doktoru (Azərbaycan Dövlət AqrarUniversiteti) - Ağdam rayonu ərazisində Avropa və Amerika mənşəli ətlik cinslərdən istifadə etməklə az məhsuldar yerli qara mal cinslərinin ət məhsuldarlığının artırılması və ətinin keyfiyyətinin yaxşılaşdırılması perspektivləri
  33. Səmədzadə Elşad – i.f.d., dosent (Azərbaycan Dövlət İqtisad Universiteti) Davamlı İnkişafın məntiqi nəticəsi-qələbə
  34. Shafizade Elnure, Ph.d. of economics (Azerbaijan State University of Economics, Department of Economics and Business Management, UNEC Business School, Azerbaijan) - KARABAKH: YESTERDAY, TODAY, TOMORROW
  35. Sultanova Rəna, i.e.d., prof. ( AMEA-nın İqtisadiyyat İnstitutu, şöbə müdiri) - Azərbaycanın işğaldan azad olunan ərazilərin iqtisadiyyatının inkişaf istiqamətləri 
  36. Şahbazov Firdovsi -i.f.d., aparıcı elmi işçi (AMEA İqtisadiyyat İnstitutu. Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzi) - Qarabağda iqtisadiyyatın strukturu: ənənəvi və yeni sahələrin vəhdəti.
  37. Şirinzadə İradə, t.e.d., prof (Azərbaycan Memarlıq və İnşaat Universiteti), Şirinzadə Natiq, t.ü.f.d. (Azərbaycan Memarlıq və İnşaat Universiteti) - Ağdam və inşaat materialları sənayesinin inkişaf perspektivləri.
  38. Tağıyev Cəmil – (Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi) - Azərbaycanın yaşıl enerji istehsalı və Qarabağın potensialı. 
  39. Tofiq Hüseynov, i.e.d., professor, Əməkdar iqtisadçı (AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri) - Qarabağ İqtisadi rayonu aqrar emal sənaye mərkəzi kimi.
  40. Ulezko Sergey İvanoviç - hüquq elmləri doktoru (Rostov Dövlət İqtisad Universitetinin Cinayət Hüququ, Cəza İcrası Hüququ və Kriminologiya kafedrasının müdiri), Vəliyev Zaxid – (Azərbaycan Respublikasının Prokurorluğun veteranı, Rostov Dövlət İqtisad Universitetinin aspirantı, Qərbi Kaspi Universitetinin Hüquq kafedrasının  müəllimi) - Ekoloji təhlükəsizlik Azərbaycan Respublikası və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 254-cü maddəsi nümunəsində cinayət-hüquqi müdafiə obyekti kimi
  1. Yadigarov Təbriz, i.e.f.d., aparıcı elmi işçi (AMEA İqtisadiyyat İnstitutu, “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər”şöbəsi) - Ağdamın ticarət dövriyyəsinin iqtisadi artıma təsirinin qiymətləndirilməsi
  2. Yusifova Kəmalə– (Azərbaycan Dillər Universiteti dissertant, Azərbaycan Kooperasiya Universiteti) - Ağdamın turizm potensialı: imkanlar və yenidən qiymətləndirmələr
  1. Zeynallı Lətif– (Doktorant, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) – İşğaldan azad olunmuş ərazilərdə rəqabətli insan kapitalının inkişafı perspektivləri
  2. Zeynalov Mahir, i.f.d., dosent (AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi), Əliyev Tərbiz, i.f.d., professor (AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri) – Ağdamın ənənəvi iqtisadiyyatı və sahibkarlığın inkişafı perspektivləri
  3. Азизов Рамис – (Азербайджанский Государственный Экономический Университет) - ПРИНЦИПЫ УСТОЙЧИВОГО РАЗВИТИЯ «ЗЕЛЕНОЙ ЭКОНОМИКИ» В ОСВОБОЖДЕННЫХ ТЕРРИТОРИЯХ КАРАБАХА Алиева Роза, доктор философии по экономике (Азербайджанский Технический Университет доцент кафедры: «Международная торговля, логистика и маркетинг»), Мовсумова Фарида – преподаватель кафедры "Право"Академии Государственного Управления при Президенте Азербайджанской Республики, докторант по специальности "Уголовный процесс, криминалистика и судебная экспертиза, оперативно-розыскная деятельность" Центра Судебной Экспертизы при Министерстве Юстиции Азербайджанской Республики) - ПРАВОВЫЕ АСПЕКТЫ СОЗДАНИЯ СВОБОДНЫХ ЭКОНОМИЧЕСКИХ ЗОН В КАРАБАХЕ
  1. Амиров Ализамин – (Университет Одлар Юрду) - Влияние развития и улучшения продовольственного рынка на уровень самообеспеченности сельскохозяйственной продукцией
  1. Ахмедова Эсмира - (Докторант Азербайджанского Государственного Экономического Университета) – Основные направления развития Карабаха через призму современных тенденций развития экономики
  1. Гасанов Джаббар – («Горгуд Холдинг»), Алекберов Вагиф – (“AL-Cond”), Абдуллаев Ханмурад – (Доктор философии по технике, Институт Систем Управления НАНА) - Концепция «Умное село» как способ инновационной регенерации освобожденных территорий Карабаха
  2. Магеррамова Севда – (Доктор философии по экономике Азербайджанский Университет Языков) - Регион Карабах: приоритет в развитии экономики Азербайджана
  3. Магеррамова Севда – (Доктор философии по экономике Азербайджанский Университет Языков) - Регион Карабах: приоритет в развитии экономики Азербайджана
  4. Мовсумова Фарида – (преподаватель кафедры "Право" Академии Государственного Управления при Президенте Азербайджанской Республики докторант по специальности "Уголовный процесс, криминалистика и судебная экспертиза, оперативно-розыскная деятельность" Центра Судебной Экспертизы при Министерстве Юстиции Азербайджанской Республики) - Международноправовые аспекты возвращения на освобожденные от оккупации территории лиц,  ставших беженцами и вынужденными переселенцами в результате агрессивной политики армян
  1. Ниязов Ниязи, докт.ист.наук (И.О. заведующего кафедрой международных отношений на постсоветском пространстве Санкт-Петербургского государственного университета профессор СПбГУ ), Ниязова Галина, кандидат политических наук (доцент кафедры иностранных языков в сфере международных отношений СпбГУ) - Pазвитие системы образования в агдаме в свете предстоящего массового возращения вынужденных переселенцев.
  2. Самедова Эльнара – (Д.ф.э. доцент РЭШ UNEC) - ВНЕДРЕНИЕ КОНЦЕПЦИИ «УМНОГО ГОРОДА» В АГДАМЕ
  3. Самигулина Наиля – (докторант, Бакинский Государственный Университет) - потенциал «зелёной» энергии в экономике Карабаха
  1. Сейидов Вагиф – (Юрист. Окончил Всесоюзный Юридический Заочный Институт. Россия. Область интересов - системология, футурология, социальная прогностика) - Карабах и поиск новой социально-экономической идеологии развития Регионов.

 

Bu da rektor Ədalət Muradovun doktorluq dissertasiyasındakı bəzi tezislər. Oxuyub özünüz nəticə çıxarın:

ƏDALƏT MURADOV DOKTORLUQ DİSSERTASİYASINDA HEYDƏR ƏLİYEV DÖVRÜNÜ NECƏ ƏLƏ SALIR?

“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Heydər Əliyev

***
"Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir və biz buna nail olmaqdayıq".
Prezident İlham Əliyev

 Beləliklə, ADİU rektoru Ədalət Muradovun doktorluq dissertasiyasındakı Azərbaycan iqtidarının iqtisadi siyasətini ifşa edən tezisləri:
1. Ныне экономика Азербайджана объективно нуждается в прямых иностранных инвестициях для подъема технического уровня производства, освоения современных управленческих и информационных технологии и повышения на этой основе конкурентоспособности азербайджанских предприятий и товаров. Недостаточно рациональной, с точки зрения реализации основных целей использования в стране иностранного капитала, представляется отраслевая структура иностранных инвестиций: основная часть всех инвестиции направлены в топливную промышленность. Приток иностранного капитала в другие отрасли Азербайджана в значительной степени тормозится отсутствием благоприятного инвестиционного климата. Это касается как общей политической и экономической нестабильности в стране, так и недостаточной разработанности механизма привлечения иностранных инвесторов (1, с. 65; 2, с. 25).
-Hal-hazırda Azərbaycan iqtisadiyyatı obyektiv olaraq istehsalın texniki səviyyəsinin yüksəldilməsi, müasir idarəetmə və informasiya texnologiyalarının mənimsənilməsi və bunun əsasında Azərbaycan müəssisələrinin və məhsullarının rəqabət qabilyyətliliyinin artırılması üçün birbaşa xarici investisiyalara ehtiyac duyur. Ölkədə xarici kapitaldan istifadə edilməsinin əsas məqsinin realizasiyası baxımından xarici investisiyaların sahə strukturu rasional deyildir: bütün investisiyaların əsas hissəsi yanacaq sənayesinə yönəldilmişdir. Əlverişli investisiya mühitinin olmaması isə xarici kapitalın Azərbaycanın digər sahlərinə axınını həlledici dərəcədə ləngdir. Bu, həm ümumi siyasi və iqtisdi qeyri-stabillik, həm də xarici investorların cəlbedilməsi mexanizminin kifayət qədər hazırlanmaması ilə əlaqəlidir (1, s. 65; 2, s. 25).
2. Анализ показывает, что в настоящее время во внешнеэкономической сфере Азербайджан не имеет четкой долгосрочной концептуальной политики, а использует рычаги то применения, то отмены лицензий, тарифов, пошлин. При этом недостаточно учитывается тот факт, что все поступающие в республику внеш-неэкономические ресурсы (импорт, иностранные инвестиции, так называемая помощь в форме коммерческих кредитов и займов) в конечном счете приходится оплачивать из внутринациональных источников республики. Результат - долговая петля на многие годы вперед со всеми политическими и экономическими последствиями (1, с. 323).
- Təhlil göstərir ki, hal-hazırda Azərbaycanın xarici iqtisadi sferada dəqiq hazırlanmış uzunmüddətli konseptual siyasəti yoxdur, gah lisenziya, tariflər və rüsumların tətbiq edilməsindən, gah da onlardan imtina edilməsi kimi rıçaqlardan istifadə edir. Lakin bu zaman respublikaya daxil olan bütün xarici iqtisadi resursların (idxal, xarici investisiyalar, kommersiya kreditləri formasında yardımlar və istiqrazlar) son nəticədə ölkədaxili mənbələrdən ödənəcəyi heç vaxt nəzərə alınmır. Bunun nəticəsi isə siyasi və iqtisadi aqibətləri ilə birlikdə bir neçə il əvvəl üçün hazırlanmış borc ilgəyidir (tələsidir)(1, s. 323).
3. Азербайджан внешнюю торговлю со странами СНГ в 1996 завершил с отрицательным сальдо. Такое состояние, является, на наш взгляд, результатом непродуманной внутренней экономической политикой и крайне неэффективной структурой экспорта и импорта. Поэтому не случайно, что отрицательное внешнеторговое сальдо, в 1996 году увеличилось в 2.5 раза и достигло 329.4 млн.дол. США по сравнению 120.3 млн.дол. США в1995 году (1, с. 191).
- 1996-cı ildə Azərbaycan MDB ölkələri ilə xarici ticarətini mənfi saldo ilə başa vurdu. Bizim fikirmizcə, bu vəziyyət düşünülməmiş daxili iqtisadi siyasətin və idxal və ixracın son dərəcədə qeyri-effektiv strukturunun nəticəsidir. Buna görə də heç də təsadüfi deyildir ki, mənfi xarici ticarətin həcmi 2,5 dəfə artmış və 1995-ci ildəki 120,3 mln dolarla müqayisədə 329,4 mln. dollara çatmışdır (1, s. 191).
4. Анализ товарной структуры экспорта- импорта в целом и в страны Европы, в частности, показывает, что основу экспорта Азербайджана составляет энергоносители и сырье. В связи с этим, по нашему мнению, важно иметь в виду, что если доля нефтепродуктов в общем объеме экспорта в 1993 году составила 27.8%, в 1994 - 32.1%, в 1995 - 43.1%, то уже в 1996 году она достигла 66.8%. В то время доля готовой продукции в экспорте Азербайджана продолжала сокращаться. Наряду с этим, из-за неспособности удовлетворять потребности республики в продуктах питания импорт продовольственных товаров из других стран продолжал расти. Так, если доля продовольственных товаров в общем импорте Азербайджана составила 20%, то в 1996 году эта цифра составила уже 39.8%.
В-третьих, анализ структуры, тенденций и перспектив развития основных направлений внешнеэкономической деятельности показывает, что продолжение сегодняшней экспортно- импортной политики в недалеком будущем приведет к углублению существующей однобокой структуры экономики Азербайджана и угрожает превращению в “банановую” республику (1, с. 145-146; 2, с. 84-85).
- Ümumilikdə və qismən də Avropa ölkələrinin idxal-ixrac əməliyyatlarının məhsul strukturunun təhlili göstərir ki, Azərbaycan ixracının əsasını enerji daşıyıcıları təşkil edir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ixracın ümumi həcmində neft məhsulları 1993-cü ildə 27,8%, 1994-cü ildə 32,1%, 1995-ci ildə 43,1% təşkil edirdisə, artıq 1996-cı ildə onun payı 66,8% olmuşdur (dissertasiya 1998-ci ildə yazılmışdır.Red.). Həm də həmin dövrdə idxal-ixrac əməliyyatlarında hazır məhsulun payı azalmaqda davam etmişdir. Həmçinin respublikanın qida məhsullarına tələbatı ödənilmədiyindən digər ölkələrdən ərzaq məhsullarının idxalı artmaqda davam etmiçdir. Belə ki, Azərbaycanın ümumi idxalıında ərzaq məhsullarının payı 20% təşkil edirdisə, 1996-cı ildə bu göstəricinin səviyyəsi 39,8% olmuşdur... Üçüncü, xarici iqtisadi fəaliyyətin strukturunun, meyllərinin və onun əsas istiqamətlərinin inkişaf perspektivlərinin təhlili göstərir ki, bugünkü idxal-ixrac əməliyyatları siyasətinin davam etməsi uzaq olmayan gələcəkdə Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracaq və ölkənin “banan” respublikasına çevrilməsi təhlükəsi yaradacaqdır (1, s. 145-146; 2, s. 84-85).
5. Учитывая вышеизложенное, следует подчеркнуть, что продолжающийся в течение долгого времени глубокий кризис в кредитно-денежной и финансовой системах, является результатом ошибки в самой философии проведения реформы в Азербайджане в указанных сферах, а именно ставки на монетарный подход (1, с. 314-315; 2, с. 155).
- Yuxarıda izah edilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycanın pul -kredit və maliyyə sistemində uzun zaman ərzində davam edən böhran- ölkədə qeyd edilən sferalarda həyata keçirilən islahatların fəlsəfəsində (Hansı ki, bu iqtisadi fəlsəfənin müəllifi Ulu Öndər Heydər Əliyevdir.Red.) yol verilən səhvlərin, məhz monitar yanaşmaya edilən stavkanın nəticəsidir(1, s. 314-315; 2, s. 155).
6. Весьма важным компонентом инвестиционного климата является налоговый режим. В Азербайджане пока сохраняется весьма сложная и тяжелая система налогообложения. Законодательными актами Азербайджана предусмотрена возможность льготного налогообложения для частного иностранного капитала, который действует в приоритетных отраслях хозяйства и отдельных регионах.
По свидетельству иностранных предпринимателей, отношение азербайджанских властей к зарубежным инвестициям декларативно чрезвычайно благоприятное. Фактически же стимулы и гарантии Для иностранных инвестиций не удовлетворяют интересы иностранных инвесторов. Власти не могут предложить ни адекватной структурной политики, ни долгосрочных льгот (по налогам, таможенному режиму, реинвестированию, репатриации прибылей и др.). Кроме того, они постоянно меняют “правила игры” в зависимости от изменения экономической и политической ситуации (1, с .286-87; 2, с. 137-138).
- İnvestisiya mühitinin ən mühüm elementi vergi rejimidir Azərbaycanda hələlik çox mürəkkəb və ağır vergitutma sistemi qorunub saxlanılır. Azərbaycan qanunvericilik aktlarında təsərrüfatın prioritet sahələri və ayrı-ayrı regionlar üzrə özəl xarici kapital üçün güzəştli vergitutma imkanı nəzərdə tutulmuşdur.
Xarici sahibkarların dediklərinə görə Azərbaycan hakimiyyətinin xarici investisiyalara münasibəti deklarativ olaraq həddən artıq əlveriçlidir. Həqiqətdə isə xarici investisiyalar üçün mövcud olan stimul və zəmanətlər xarici investorların maraqlarını təmin etmir. Mövcud hakimiyyət nə adekvat struktur siyasəti, nə də uzunmüddətli güzəştlər (vergi, gömrük rejimi, reinvestisiya, mənfəətin repatriasiyası və s. üzrə) təklif edə bilmir. Bundan başqa, hakimiyyət iqtisadi və siyasi situasiyadan asılı olaraq “oyun qaydalarını” daima dəyişir (1, s. 286-287; 2, s. 137-138).

7. Доходы Азербайджана от реализации нефти не беспредельны, как это кажется многим, а строго ограничены. К тому же существует эмпирически выведенная закономерность: страна в состоянии обслуживать лишь те долги, которые составляют 10% от ее валютных прибылей. Валютная прибыль Азербайджана в перспективе ближайших 30 лет будет формироваться из доходов от продажи нефти. Ее общая сумма, по прогнозам составит около 2 млрд, долларов минус отрицательное сальдо платежного баланса. Ориентировочно чистая валютная прибыль, на наш взгляд, составит 800-859 млн. долларов.
Это те средства, которые Азербайджан будет получать всего лишь 30 лет, и которые должны ему компенсировать безвозвратную потерю нефтеуглеродов в будущем. Но если существующая динамика роста внешней задолженности сохранится, то мы станем свидетелями того, как эти средства будут расходоваться в основном на погашение долгов и процентов по ним. Ежегодные выплаты по внешней задолженности могут составить искомые 800 млн. долларов и лишат страну, на наш взгляд, не только доходов от реализации нефтяных ресурсов, но вообще каких бы то ни было надежд на будущее. (1, .с. 295-296; 2, .с. 142-143).
- Bir çoxlarının düşündüyü kimi, Azərbaycanın neft satışından əldə etdiyi gəlirləri sonsuz deyildir, ciddi surətdə məhduddur. Bundan başqa, təcrübə əsasında aşkar edilmiş qanunauyğunluq mövcuddur: hər bir ölkə yalnız özünün valyuta mənfəətinin 10% həcmində borclarına xidmət etmək gücündədir. Azərbaycanın valyuta gəlirləri yaxın 30 il ərzindən neft satışından formalaşacaqdır. Poqnozlara görə onun ümumi məbləği 2 mlrd. dolarlıq tədiyyə balansının mənfi saldosunun fərqinə bərabər olacaqdır. Bizim fikirmizcə, xalis valyuta gəliri təxminən 800-859 mln. dolar təşkil edəcəkdir. Bu, Azərbaycanın yalnız 30 il ərzində əldə edəcəyi və gələcəkdə geri qaytarılmayacaq neft karbohidrogenlərinin itkisini kompensasiya etməli olan vəsaitinin həcmidir. Əgər xarici borcların artımının mövcud tempi gələcəkdə saxlanılarsa, biz bu vəsaitin əsasən borcların və onların faizlərinin ödənilməsinə yönəldildiyinin şahidi olacağıq. Xarici borclara görə hər il ödənilən 800 mln. dollar təşkil edəcək və bizim fikirimizcə, ölkəni yalnız neft resurslarının satışından əldə edilən gəlirlərdən deyil, həm də gələcəyə olan bütün ümidlərdən (yəni hakimiyyətə - Red.) mərhum edə bilər (1, .s. 295-296; 2, .s. 142-143).
8. Что касается крупных иностранных инвестиций в Азербайджане, то следует упомянуть так называемый “контракт века”. капитальные вложения должны составить 8 долларов, ожидаемая прибыль рассчитывается в размере 100 млрд, долларов США. Проект рассчитан на 30 лет, в течение которых планируется добыть 550 млн. тонн азербайджанской нефти. При этом необходимо отметить, что в последние годы доля Азербайджана была уменьшена в три раза. Первоначально в “контракте века” доля Азербайджана было определена в размере 30%, а в дальнейшем Азербайджан передал 10% изсвоей доли Российской нефтяной компании “Лукойл”, 5% “Эксон” и еще 5 % - турецкой нефтяной компании. По мнению аналитиков эти уступки были вызваны необходимостью сбалансировать геополитические факторы, а также отсутствием в Азербайджане возможностей вложения необходимого объема инвестиций. Предполагаемая относительно маленькая польза Азербайджана от данного контракта при его детальном анализе исчезает (1, с. 287-288; 2, с. 137-138).
- Azərbaycana yatırılan iri xarici investisiya “Əsrin müqaviləsi” adlandırılan bir neft kontraktlarıdır (İronik tonda adı çəkilir.Red.).... Ümumi kapital qoyuluşu 8 milyard amerika doları, gözlənən mənfəət 100 milyard ABŞ doları həcmində hesablanır. Lahiyə 30 ilə hesablanmışdır. Bu müddət ərzində 550 milyon ton Azərbaycan neftinin çıxarılması planlaşdırılır. İlkin olaraq “Əsrin müqaviləsi”sində Azərbaycanın payı 30% həcmində nəzərdə tutulmuşdur. Sonra Azərbaycan özünün payının 10%-ni Rusiyanın neft kompaniyası Lukoyla, 5%-i - Eksona və 5%-i də Türkiyənin neft kompaniyasına verdi. Analitiklərin fikirincə bu güzəştlərin edilməsi gepolitik amillərin balanslaşdırılması zərurətindən, həmçinin Azərbaycanda tələb edilən həcmdə investisiyanın olmamasından irəli gəlir. Azərbaycanın bu kontraktdan əldə ediləcəyi gözlənilən kiçik faydanın ətraflı dərin analizi isə onun yoxluğunu göstərir (1, s. 287-288; 2, s. 137-138).
9. Продуманная политика привлечения иностранного капитала - самый прямой и достаточно эффективный путь выхода из кризиса, рычаг ускорения социально-экономического развития страны и включения в мирохозяйственные связи. В то же время, наряду с положительными моментами участие иностранного капитала в развитии азербайджанской экономики вызвало ряд отрицательных последствий, которые не следует сбрасывать со счетов. К ним по нашему мнению следует отнести:
1) приоритетное внимание зарубежных фирм к добыче и экспорту энергоносителей способствовало не только ускоренной исчерпаемости невозобновляемых ресурсов, но и дальнейшей гипертрофии добывающих отраслей;
2) слабость государственного регулирования процесса привлечения иностранного капитала, отсутствие жесткого экологического контроля за действием ряда предприятий с иностранными инвестициями;
3) участие зарубежного капитала в приватизации государственной собственности на крайне заниженном курсе маната позволило ему за бесценок скупить ряд важных объектов и др.
Непродуманная политика в привлечении иностранных инвестиций не сможет обеспечить экономические интересы принимающей стороны (1, с. 291;, 2, с. 139-140).
-Xarici kapitalın cəlb edilməsinin düşünülmüş siyasəti böhrandan çıxışın, ölkənin sosial-iqtsadi inkişafının sürətləndirilməsinin və onun dünya təsərüffat əlaqələrinə qoşulmasının ən effektli və birbaşa yoludur. Xarici kapitalının Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərməklə yanaşı, nəzərə alınması zəruri olan bəzi mənfi nəticələri də olmuşdur:
1) xarici firmaların prioritet olaraq diqqətlərinin enerji daşıyıcılarının hasilatına və ixracına yönəltmələri yalnız bərpa edilməyən resursların sürətlə tükənməsinə deyil, həm də hasilat sənayesinin hiberthofiyasına çərait yaratmışdır;
2) xarici kapitalın cəlb edilməsinin dövlət tənzimlənməsnin zəifliyini, bir sıra xarici investisiyalı müəsissələrin fəaliyyətinə ciddi ekoloji nəzarətin olmamasını üzə çıxarmışdır;
3) yolverilməz haldır ki, xarici kapitalın dövlət mülkiyyətinin özəlləşdirilməsində manatın son dərəcədə aşağı kursu ilə iştirakı ona bir sıra vacib obyektləri və s. demək olar ki, havayı almağa imkan vermişdir.
Xarici investisiyaların cəlb edilməsi ilə bağlı düşünülməmiş siyasət ölkənin iqtisadi maraqlarını təmin edə bilməz!
(1, s. 291;, 2, s. 139-140)
10. Таким образом, подобного рода долги, нанесли значительный ущерб азербайджанской экономике. Помимо своих абсолютных величин, которые вместе с процентами придется выплачивать Азербайджану, они отрицательно воздействовали на внутриэкономическую ситуацию, так как снижали возможности местных производителей потребительских товаров реализовать свою продукцию (1, с. 293-294; 2, с.141).
-Beləliklə, bu cür borclar Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Azərbaycanın bu borcun mütləq miqdarı ilə birlikdə onun faizini də ödəməsi yerli istehlak malları istehsalçılarının öz mallarını realizə imkanlarını azaltdığından daxili vəziyyətə də olduqca mənfi təsir etmişdir (1, s. 293-294; 2, s.141).
11. Если подсчитать объемы заключенных государственными органами с различными иностранными компаниями сделок, нуждающихся в коммерческом кредитовании, то сумма превысит 20 млрд, долларов. К числу этих проектов можно отнести инвестиции по реконструкции инфраструктуры, покупки большого количества самолетов “БОИНГ” и другие грандиозные проекты.
Иной раз иностранная сторона настолько активно продвигает различные проекты, что совмещает в одном лице функции консультанта, продавца и кредитора сделки. Фактически ни один инвестиционный проект не был тщательно проанализирован, а большинство тендеров на их исполнение выигрывается второсортными турецкими фирмами, которые, по мнению наших чиновников, “хорошо изучили специфику” Азербайджана. В итоге 80% взятых кредитов возвращается обратно на территорию тех стран, которые эти кредиты предоставили, Азербайджану же остаются долги с процентами.(1, с. 294-295; 2, с. 142).
-Müxtəlif xarici kompaniyaların dövlət orqanları ilə satışa dair bağladıqları müqavilələrin həcmini hesablasaq onun məbləği 20 mlrd. dolardan çox olacaqdır. Bu layihələrə infrastrukturun rekonstruksiyasına yönəldilən investisiyaları, eləcə də çoxlu sayda “BOİNQ” təyyarələrinin alınmasını və digər iri layihələri aid etmək olar.
Bəzi hallarda xarici tərəfdaş müxtəlifliyi o qədər aktiv irəlilədir ki, bir şəxsin timsalında məsləhətçi, satıçı alqı-satqının kreditoru funksiyalarını da yerinə yetirir (?). Faktiki olaraq heç bir investisiya layihəsi diqqətlə təhlil edilməmiş, onların yerinə yetirilməsi üçün elan edilən tenderlər, bizim məmurların rəyinə görə, Azərbaycanın “spesfikasını yaxşı öyrənmiş” ikinci sort türk firmaları tərəfindən udulmuşdur. Son nəticədə götürülmüş bu kreditlərin 80%-i onu verən ölkənin ərazisinə qayıdır. Azərbaycana isə bu krediti faizi ilə birlikdə ödəmək qalır.(1, s. 294-295; 2, s. 142).

12. Наиболее же опасной нам кажется сама логика поведения органов государственного управления. Рассуждения типа, Азербайджан очень богатая страна, что ему стоит расплатиться с кредитами, часто можно услышать от чиновников различных рангов. Если подобная логика развития событий сохранится и в дальнейшем, то это перечеркивает все надежды азербайджанского народа на будущее благополучие. (1, с. 295; 2, 142).
- Bizə elə gəlir ki, ən təhlükəlisi- dövlət idarəetmə orqanlarının davranışının məntiqi sonluğudur. Tez-tez müxtəlif yüksək ranqlı məmurlardan “Azərbaycan çox varlı ölkədir, o aldığı kreditləri asanlıqa ödəyə bilər” kimi mülahizələr eşitmək olar. Əgər hadisələrin gedişi belə bir məntiqlə davam edərsə Azərbaycan xalqının gələcəkdə rifah halının yaxşılaşacağına olan bütün ümidlərini öldürəcəkdir (1, s. 295; 2, 142).
"Təzadlar"ın Araşdırma Qrupu
P.S.Sual olunur: Ulu Öndərin iqtisadi fəlsəfəsini ələ salan, sərt tənqid edən, "Əsrin müqaviləsinin" səmərəsizliyini önə çəkən... bir dissertasiyaya Prezident yanında AAK-da kim rəy yazdırtdırıb və onu rastrifikasiya etdirərək Ədalət Muradova əvvəlcə qanunsuz olaraq professor, sonra isə doktorluq diplomu verdirib???
Sual həm də budur...

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN